iTV-də yeni telelayihə hazırlanır

img

10-06-2009 [03:23]


Yaxın günlərdə İctimai Televiziyanın (İTV) efirində mətbuat məsələlərindən bəhs edən yeni telelayihə fəaliyyətə başlayacaq. İctimai Televiziyanın rəhbərliyindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, sözügedən telelayihə ?Media? adlanacaq. İTV-dən onu da bildiriblər ki, ?Media? verilişini sabiq millət vəkili Rizvan Cəbiyev açıb. Verilişin aparıcısı isə mətbuat sahəsində kifayət qədər tanınan şəxsdir. Belə ki, tamaşaçılar İTV efirindən yayımlanacaq ?Media? telelayihəsinin aparıcısı qismində Azəri Press Agentliyinin baş direktoru Vüsalə Mahirqızını görəcəklər. İTV rəhbərliyindən əldə etdiyimiz məlumata görə, xeyli vaxtdır verilişlə bağlı hazırlıq işlərinə başlanılıb. Proqramda media sahəsinə aid müxtəlif məsələlər müzakirəyə çıxarılacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR