Bir neçə bankın sədri vəzifəsindən uzaqlazdırılacaq

img

10-06-2009 [02:15]


?Kapital Bank?ın rəhbəri Rauf Rzayevin istefası geniş müzakirələrə səbəb olub. Ötən sayımızda xəbər verdiyimiz kimi, onun 5 ildən artıqdır icra etdiyi vəzifəsindən getməsinin səbəblərindən biri kimi beynəlxalq qurumların hökumətdən banklara nəzarətin gücləndirilməsi ilə bağlı tələblərinin artması göstərilir. Çünki həmin təşkilatlarda yerli bankların şübhəli əməliyyatlarda, çirkli pulların yuyulmasında iştiraklarına, terrorçuları maliyyələşdirmələrinə dair konkret faktlar var. Verilən məlumatlara görə, daha bir neçə bankda idarə heyəti sədrinin vəzifəsindən uzaqlaşdırılması gözlənilir. Bu prosesin xüsusilə əvvəl dövlətə məxsus olan, sonradan səhm paketləri məmur-oliqarxlar tərəfindən dəyər-dəyməzinə alınan maliyyə qurumlarında aparılacağı deyilir. Həmin banklara nəzarət mexanizmi yox səviyyəsindədir. Hətta Milli Bank da bu banklara nəzarət etmək iqtidarında deyil. Çünki onları himayə edən şəxslərin təsirləri Milli Bankın rəhbərliyinin təsirindən daha çoxdur. Məlumat üçün bildirək ki, bank aktivlərinin 42,4 faizi dövlət banklarının payına, 57.6 faizi özəl bankların payına düşür (Depozit qoyuluşlarının 51,6 faizi dövlət banklarının, 48,4 faizi özəl bankların payına düşür). Ölkədə iki dövlət bankı, 44 özəl bank fəaliyyət göstərir. Bu arada ötən saylarımızda ?Kapital Bank?a sədrlik vəzifəsini idarə heyəti sədrinin birinci müavini Elmar Məmmədovun icra etdiyini yazmışdıq. Eyni zamanda, bildirmişdik ki, E.Məmmədov Dövlət Sığorta Şirkətinin sabiq rəhbəri Məmməd Məmmədovun oğludur. Dəqiqləşdirmələrimiz zamanı məlum olub ki, Elmar Məmmədov Rauf Rzayev işdən çıxarıldıqdan dərhal sonra, iyunun 4-də bankın yeni sədri vəzifəsinə təyin olunub. O, bu səlahiyyətləri heç də müvəqqəti icra etmir. Bundan başqa, E.Məmmədovun atası Məmməd Məmmədov Dövlət Sığorta Şirkətinin sabiq deyil, hazırda da sədridir. [b]Yeni Musavat[/b]

Digər xəbərlər
SON XƏBƏRLƏR