Karateçilərimiz dünya çempionatına yollanacaq

img

09-06-2009 [06:06]


İyulun 20-dən 26-na qədər Yunanıstanın paytaxtı Afinada şotokan karate üzrə düny açempionatı keçiriləcək. Federasiyadan aldığımız məlumata görə 3 ildən bir keçirilən çempionata yollanacaq heyət hələlik tam dəqiqləşməyib. Uşaqlar, yeniyetmələr, gənclər və kişilər arasında keçiriləcək yarışda ölkələrə iştirakçı məhdudiyyəti qoyulmur. Qeyd edək ki, məsul yarışa idmançılarımızı bütün yaş qrupları üzrə Rəhman Hətəmov, Anar Allahverdiyev, Şahin Xudaverdiyev, Elnur İbrahimovdan təşkil olunmuş məşqçilər korpusu hazırlaşdırır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA