Əflatun Amazov ümumdünya Mətbuat Şuraları Assosiasiyasının illik toplantısına qatılacaq

img

08-06-2009 [02:09]


İyulun 9-10-da İstanbulda Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının növbəti illik toplantısı keçiriləcək. Tədbirdə ölkəmizin Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov təmsil edəcək. Azərbaycan Mətbuat Şurası 2005-ci ildən Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının üzvüdür. Şura bu kimi toplantılara artıq üçüncü dəfədir qatılır. Tədbirdə MŞ təmsilçisi məruzə ilə çıxış edəcək. Toplantıda həmçinin dünyada söz və mətbuat azadlığının vəziyyəti, KİV-in özünütənzimləmə üsullarının təkmilləşdirilməsi müzakirə olunacaq, mövcud problemlər araşdırılacaq və vəziyyətdən çıxış yolları müəyyənləşdiriləcəkdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR