Azərbaycan ? Uels ? 0:1

img

06-06-2009 [10:08]


Bu gün Dünya Çempionatı 2010-un seçmə oyunları çərçivəsində Milli komandamız Uels yığması ilə qarşılaşıb. Qarşılaşma Uels yığmasının qələbəsi ilə başa çatıb - 0:1. Oyunda yegnə qoluni müəllifi qarşılaşmanın 41-ci dəqiqəsində D. Edvards olub. O Azərbaycan yığmasının qapısından keçirdiyi qolla komandasının qələbəsini təmin edib. Qeyd edək ki, komandalar arasında ilk görüşdə eyni hesabla Uels yığmasının xeyrinə sonuclanmışdı. Oyun sonrası keçirilən mətbuat konfransı isə qalmaqalla baş verib. Azərbaycanlı jurnalistlər Berti Foqtsun mətbuat konfransını baykot ediblər. Millinin alman baş məşqçisi danışmağa başlayan kimi jurnalistlər nümayişkaranə şəkildə zalı tərk ediblər. Mətbuat konfransı bitəndən sonra isə etirazçı jurnalistlər çıxışda Berti Foqtsu fitə basıblar. Alman məşqiçı isə öz növbəsində onlara ironik alqışla cavab verib. Onu da qeyd edək ki, oyundan sonra stadionun ətrafında və "Gənclik" metrosunun yaxınlığına toplaşan 10 minlərlə azarkeş kütləvi sürətdə "istefa" şüarı qışqırıblar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA