"Bakı"-Əsgər Abdullayev qarzıdurması davam edir

img

04-06-2009 [05:45]


[center]Zeynal Məmmədov: "Ona deməyə söz tapa bilmirəm"[/center] "Olimpik" klubunun baş məşqçisi Əsgər Abdullayevin bir neçəgün öncə mətbuata verdiyi açıqlamada "Allah haqqı mən "Bakı"nın çempionluğunu arzu edirdim" deməsi "zolaqlılar"ın rəhbərliyini lap özündən çıxarıb. "Bakı"nın baş meneceri Zeynal Məmmədov Müstəqil İnforomasiya Agentliyinə verdiyi açıqlamada mütəxəssisi tənqid edib: "Həmin sözünə qədər Əsgərə böyük hörmətim var idi. Amma belə deməsinin ona heç yaraşdırmadım və ona söz tapa bilmirəm. Əsgər Abdullayevə heç vaxt belə qələbə arzu eləmirəm". Qeyd edək ki, klubla mütəxəssis arasındakı münasibətlər çempionatın bitiminə 5 tur qalmış keçirilən "Olimpik"-"Bakı" (2:1) oyunundan sonra gərginləşməyə başlamışdı. Beldə ki, görüşün 51-ci dəqiqəsində "təyyarəçilər"in hücumçusu Junivan Suares fair-play qaydalarına zidd qol vuraraq "Bakı"nın məğlubiyyətə daşımışdı. Z.Məmmədov Ə.Abdullayevin yenidən kluba qayıtma ehtimalına da toxunubvə bunun yaxın müddətdə baş tuta biləcəyini istisna edib: "İnanmıram ki, yaxın 5 ildə Abdullayev "Bakı"da çalışsın". Klubrəsmisi onu da qeyd edib ki, hazırda baş məşqçi Coko Hacıyevksi vətəni Makedoniyada olduğundan transfer məsələlərinə o geri döndükdən sonra-bu ayın 9-dan yenidən baxılacaq. Onun sözlərinə görə, klub ən azı 5-6 oyunçu alacaq: "Yalınz qapıçı mövqeyindən başqa digər mövqelərə oyunçu alacağıq. Biz adlı-sanlı oyunçu gətirmək istəmiriek ki, onda qələbə aclığı, oynamaq həvəsi olsun. Tanınmış oyunçu isə artıq qələbənin ləzzətini bilir və artıq onu şhamı tanıyır. Gətirəcəyimiz legionerlər Braziliyi, Argentina və Portuqaliyadan ola bilər. Yerli klubda çıxış edən və millidə oynayan futblçularla da maraqlanırıq". İNTİQAM

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA