Ekologiya və Təbii Sərvətlər Nazirliyi jurnalistləri mükafatlandıracaq

img

04-06-2009 [02:34]


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 iyun Ümumdünya ətraf mühitin mühafizəsi günü ilə əlaqədar jurnalistlər arasında elan etdiyi müsabiqə yekunlaşıb. Nazirliyin mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə bildirilib ki, müsabiqəyə təqdim olunmuş materialların hamısı münsiflər heyəti tərəfindən oxunub. Münsiflər heyəti artıq öz işini yekunlaşdırıb. Gələn həftə ekoloji mövzuda yazılmış ən yaxşı qəzet məqalələri və televiziya reportajlar üzrə müsabiqənin qalibləri elan olunacaq. Ən yaxşı məqalələrin və telereportajların müəlliflərinə pul mükafatı veriləcək. Müsabiqənin keçirilməsində məqsəd ölkədə ekoloji vəziyyətin sağlamlaşdırılmasına, ətraf mühitin, təbii sərvətlərin, mühafizəsinə, əhalinin məlumatlandırılmasına nail olmaqdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR