Azay Quliyev: ?Jurnalistlər QHT-lərin fəaliyyətini izıqlandırarkən məsələlərin mahiyyətinə tam vara bilmirlər?

img

03-06-2009 [05:16]


?Kütləfi İnformasiya Vasitələrində QHT-lərin fəaliyyətinin ictimayyətə lazımi şəkildə çatdırılmasında bir sıra problemlər var?. Bu sözləri Azərbaycan Respublikası Prezident yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev Müstəqil İnformasiya Agentliyinə verdiyi açıqlamasında deyib ki, bu sahədə problemlərin yaranması jurnalistlərin peşakarlıq səviyyəsinin aşağı olması ilə bağlıdır: ?Jurnalistlər QHT-lərin fəaliyyətini işıqlandırarkən məsələlərin mahiyyətinə tam vara bilmirlər. Jurnalistlər əksər hallarda mənbəyi bilinməyən, səhv məlumatlar yazırlar ki, bu da bizim ümumi işimizə xələl gətirir. Biz də çalışırıq ki, QHT-lərlə jurnalistlər arasında sıx əlaqələr yaransın və sonda ortaq məxrəcə gəlinsin. Hesab edirəm ki, bu münasibətlər xeyli təkmilləşməlidir?. A.Quliyev onu da bildirib ki, problemlərin hamısını jurnalistlərin üzərinə atmaq da düzgün olmaz: ?Hər halda, QHT-lə də öz işlərini yüksək səviyyədə görməlidirlər. Gərək hər bir təşkilat KİV-lə işləməyi bacarmalıdır. QHT-lər gördükləri işlər haqqında KİV-lərə dəqiq informasiya çatırmalıdır. Son məlumatlara görə, KİV-lər QHT-lərlə bağlı əsası olmadan məlumatlar yayırlar. Buna görə də QHT jurnalistikası inkişaf etməlidir. Azərbaycan Respublikası Prezident yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurası olaraq jurnalistlərə bütün dəstəyi verməyə hazırıq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR