Türkiyə-Azərbaycan matçı 2.0 hesabı ilə qardaz ölkənin xeyrinə baza çatıb

img

03-06-2009 [02:02]


Bu gün Bakı vaxtı ilə saat 22:00-da futbol üzrə Azərbaycan və Türkiyə milli komandaları arasında yoldaşlıq görüşü baş tutub. Türkiyənin Kayseri şəhərində Kadir Has stadionunda keçirilən matçın birinci hissəsində qardaş ölkənin komandası üstün olub. İkinci hissəyə də hücumlarla başlayan qarşı tərəf 52-ci dəqiqədə penalti vurmaq şansı qazanıblar. Cərimə meydançasında Semih Şentürkə qarşı kobudluq edən millimizin müdafiəçisi Rəşad Sadığov qırmızı vərəqə ilə cəzalandırılaraq oyundan kənarlaşdırılıb. Qapımıza 11 metrlik cərimə zərbəsi təyin olunsa da qapıçımız Fərhad Vəliyev rəqib oyunçunun zərbəsini dəf edə bilib. Oyunun 69-cu dəqiqəsində rəqib komandanın 21 nömrəli oyunçusu Halil Altıntopun vurduğu qolla hesabda irəli çıxmağı bacarıblar. Onun qapımıza endirdiyi zərbə millimizin 3 nömrəli oyunçusu Saşa Yunusoğluya dəyərək tora daxil olub. 75 dəqiqədə növbəti top qapımizdan keçib. 19 nömrəli türk futbolçu İbrahim Üzülməzin vurduğu topu Vərhad Vəliyevin dəf edə bilməyib. Beləliklə matç 2.0 hesabı ilə Türkiyənin xeyrinə başa çatıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA