Multimedia Mərkəzi dövlət qurumlarının internet saytlarını analiz edir

img

02-06-2009 [04:49]


Bu gün Azərbaycan Media Mərkəzində Multimedia Mərkəzinin təşkilatçılığı ilə ?İnformasiya azadlığının gerçəkləşməsində vətəndaş cəmiyyətinin rolu: real vəziyyət və perspektivlər? mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə ictimai informasiya subyektlərinin fəaliyyəti barədə geniş müzakirələr aparılıb. Multimedia Mərkəzinin rəhbəri Osman Gündüz bildirib ki, onlar 50 dövlət qurumunun internet saytını analiz etməyi planlaşdırırlar: ?Hazırda 25 dövlət qurumunun saytı araşdırılıb. Monitorinqin nəticəsi olaraq hər bir dövlət qurumu üzrə icmal və internet resursun fəaliyyətinin təkmilləşdirilməsi haqqında tövsiyyələr hazırlanıb və www.informasiya.orq saytında yerləşdirilib. Monitoriq sentyabr ayında başa çatacaq. Yekun hesabat və İnformasiya Açıqlığı üzrə Reytinq Cədvəli də həmin vaxt açıqlanacaq?. Tədbirdə Rusiya Federasiyasında federal orqanların informasiya açıqlığının araşdırılması sahəsində çalışan İnformasiya Azadlığı Fondunun nümayəndələri, Azərbaycanın dövlət qurumlarının təmsilçiləri, QHT nümayəndələri və KİV əməkdaşları iştirak ediblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR