Vaqif Sadıqov: ?Türkiyəyə qarzı oynamaq həm çətindir, həm də zərəfli?

img

02-06-2009 [01:24]


?Gərgin oyun olacaq. Yoldaşlıq görüşü olmasına baxmayaraq, qarşılaşmaya ciddi yanaşmaq lazımdır. Ən əsası, bu matç Uelslə oyuna hazırlıq məqsədi daşıyır. Ən azından Türkiyə ilə heç-heçə edib, Uels önünə yaxşı əhval-ruhiyyə ilə çıxa bilərik?. Bu sözləri Qol.Az-a bu gün keçiriləcək Türkiyə - Azərbaycan matçı haqda fikirlərini bildirərkən, milli komandamızın sabiq baş məqşçisi Vaqif Sadıqov deyib. Sadıqov rəqibin bu dəfə əsas heyətlə oynamasının bizim oyunumuza heç bir təsir göstərməyəcəyini düşünür: ?Bizim üçün Türkiyənin ikinci heyətinə qarşı da oynamaq çətin olardı. Odur ki, bu fikri qəbul eləmirəm. Türklərin əsas heyətlə meydana çıxması lap yaxşıdır. Bu, həm də bizə öz gücümüzə real baxmaq imkanı verəcək. Mən deyərdim ki, Türkiyə ilə oyun həm çətin, həm də şərəfli olacaq. Çünki, Avropanın ən güclü millilərindən birinə qarşı mübarizə aparacağıq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA