Berti Foqts: ?Azərbaycan futbolunun 3-4 il zamana ehtiyacı var?

img

01-06-2009 [05:16]


Milli komandamızın baş məşqçisi Berti Foqts bu gün Kayseridəki ?Hilton Otel?də jurnalistlərin suallarını cavablandırıb. Qol.Az-ın məlumatına görə, almaniyalı mütəxəssis ilk növbədə Kayseridəki şərait haqda danışıb: ?Buradakı şərait çox gözəldir. Yerli camaat da bizə qarşı çox yaxşı münasibət göstərir. Biz özümü burada heç də qonaq kimi hiss etmirik?. Foqts ölkəmizi seçməsi barədə də sualı cavablandırıb: ?Mənim Bakıda öz missiyam var. Azərbaycan futbolunun səviyyəsini qaldırmağa çalışıram. Amma bunun üçün zamana ehtiyac var. Artıq heyətdə islahatlara başlamışıq. Bəzi yaşlı futbolçularla vidalaşıb, onların əvəzinə gəncləri dəvət etmişik komandaya. 3-4 il ərzində mütləq Azərbaycan futbolunda inkişaf olacaq. Azərbaycan futbolunun əsas problemi legionerlərlə, daha doğrusu onların sayıyla bağlıdır. Bəzi komandalarda meydana yalnız əcnəbilər çıxır, yerli futbolçular isə ehtiyatda qalır?. Almaniyalı mütəxəssis Türkiyə millisi haqda da danışıb: ?Türkiyə millisinin Avropa çempionatındakı çıxışını izləmişəm. Onlar alman futbolu sərgiləyirdilər. Oyunun gedişində hesabda geri olmalarına baxmayaraq, son anadək vuruşurdular. Türkiyə millisi bizim üçün yaxşı nümunədir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA