Beynəlxalq fotomüsabiqənin qalibləri bəlli oldu

img

01-06-2009 [02:17]


Beynəlxalq Mətbuat İnstitutunun (BMİ) Cənubi-Şərqi Avropa üzrə Media Təşkilatının (SEEMO) insan hüquqları mövzusunda elan etdiyi foto müsabiqə başa çatıb. SEEMO-dan verilən məlumata görə, müsabiqəyə 14 ölkədən 118 jurnalist qatılıb. İştirakçılar müsabiqəyə 501 foto təqdim ediblər. Beynəlxalq Avrasiya Mətbuat Fondunun İnformasiya Departamentindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, münsiflər heyətinin qərarı ilə müsabiqədə 1-ci yerə Macarıstandan olan Bela Szandelszkiy - ?Gürcüstan 02? adlı fotosuna görə layiq görülüb. Serbiyalı fotoqraf Nebojsa Radosavljevic-Rausun təqdim etdiyi ?Tale? adlı foto 2-ci yerin qalibi olub. 3-cü mükafat isə ?Daşqın? fotosuna görə Xorvatiyadan olan Srecko Niketicə nəsib olub. Xatırladaq ki, müsabiqəyə bu il aprelin 19-da start verilmiş, mayın 19-da isə sənədlərin qəbulu dayandırılmışdı. Əvvəlcədən xəbər verildiyi kimi, professional münsiflər heyəti tərəfindən müəyyən olunan ilk üç yerin qalibi müvafiq olaraq 1000, 750, 500 avro məbləğində mükafatlandırılacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR