?Azadlıq? radiosu apellyasiya zikayəti vermək qərarını qətiləzdirməyib

img

01-06-2009 [01:32]


Xəbər verlidiyi kimi, ?Əbu Bəkr? məscidinin imamı Qamət Süleymanov ?Azadlıq? radiosunu məhkəməyə verib və məhkəmə radionun təkzib verməsi qərarını çıxarıb. ?Azadlıq? radiosunun Bakıdakı rəhbəri Xədicə İsmayılova Müstəqil İnformasiya Agentliyinə deyib ki, məhkəmənin verdiyi qərarın məğzi onlara aydın deyil: ?Dorğrusu, bizə məlum deyil ki, məhkəmə bizdən nəyi təkzib etməyimizi tələb edir. Əslində ortada təkzib olunası bir şey yoxdur. Reportaj hazırlanıb və hər iki tərəfin mövqeyi efirdə yayımlanıb. Qamət Süleymanov da etiraz elədiyi məsələləri münasibət bildirib?. X.İsmayılova onu da deyib ki, əgər hər hansı reportajda qarşı tərəf öz mövqeyini səsləndirir və razılaşmadığı məsələlərlə bağlı mövqeyini bildirirsə, bundan sonra məhkəməyə şikayət etmək məntiqsizdir: ?İlqar İbrahimoğlu bir söz deyib, ardınca isə Qamət Süleymanov onu təkzib edib. ?Azadlıq? radiosu isə radio olaraq həmin reportajı bütün peşə etikasının tələblərinə riayət edərək efirdə yayımlayıb. Bu prosesdə ?Azadlıq? radiosunun heç bir təqsiri yoxdur?. Apellyasiya şikayəti verib-verməyəcəklərinə gəlincə, Xədicə xanım ?Bizim üçün birinci istnatsiya məhkəməsinin qərarı aydın deyil. Ona görə də Apellyasiya Məhkəməsinə müraciət edib-etməmək barədə düşünməmişik?,- söyləyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR