Bu gün Milli Məclisdə Pənah Hüseyn vitse-spikerlə dalazıb

img

29-05-2009 [08:07]


Bu gün Milli Məclisin sədri Oqtay Əsədov parlamentin yaz sessiyasının başa çatdığını bəyan edib və dövlət himni səsləndirilib. Oqtay Əsədov parlamentin növbədənkənar iclasların olub-olmayacağı barədə heç nə deməyib. Amma Milli Məclisin sədr müavini Ziyafət Əsgərov jurnalistlərlə bildirib ki, bir qrup deputat parlament rəhbərliyinə yaz sessiyasının uzadılması xahişi ilə müraciət edib. Z.Əsgərov vurğulayıb ki, Milli Məclis qarşısında qəbulu vacib qanunlar və bir sıra vacib məsələlərin təsdiqi durur: ?Nəzərə almalıyıq ki, mövcud qanunvericiliyə əsasən iyun ayının 2-nə kimi prezident ombudsman vəzifsinə 3 namizədi də Milli Məclisə təqdim etməlidir. Bunun üçün də yaz sessiyası başa çatsa da, növbədənkənar iclasların keçiriləcəyi istisna deyil. Həmin deputat Abel Məhərrəmov bildirmişdir ki, qarşdıkı həftə ?Təhsil haqqında? qanun layihəsi üçüncü oxunuşa çıxarıla bilər. Bir neçə deputat isə sentyabr aynıa kimi ombusmanın seçilməsi məsələsinin təxirə salınacağını istisna etməyiblər. Onların qəna?tincə bu səbəbdən MM-in yaz sessiyasının vaxtı uzadılmaya bilər?. Qeyd edək ki, MM-in sonuncu iclası deputat Pənah Hüseynlə vitse-spiker Ziyfət Əsgərov arasındakı qalmaqalla da yadda qalıb. ?Media forum? saytı xəbər verir ki, qalmaqala səbəb spiker Oqtay Əsədovun iclasın birinci hissəsində zarafatla dediyi ?Mən sədrəm, qanunu pozuram? sözləri olub. İkinci hissədə bələdiyyələrin birləşdirilməsi ilə bağlı qanun layihəsinin müzakirəsi zamanı çıxış edən P.Hüseyn O.Əsədovun sözlərinə münasibət bildirib: ?Bir ölkənin parlament sədri tribunadan deyirsə ki, mən sədrəm, qanunu pozuram, bu nə deməkdir?? Bu zaman O.Əsədov zalda olmadığından iclası idarə edən Z.Əsgərov P.Hüseynin mikrofonunu kəsərək ?Mahiyyəti üzrə danış? deyib. Mikrofon yandırıldıqdan sonra P.Hüseyn çıxışına qaldığı yerdən davam edib. Z.Əsgərov yenidən mikrofonu söndürərək sözü deputat Əhəd Abıyevə verib. Belədə P.Hüseyn tribunaya qalxaraq mikrofonun yandırılmasını tələb edib və ?Bura parlamentdir, yoxsa kəndistan?? deyə qəzəbini ifadə edib və onu tribunadan düşürməyə çalışan Ə.Abıyevi nəzərdə tutaraq ?Bu da Xudayar bəyinizdir?? deyə sual edib. Buna baxmayaraq parlamentin beynəlxalq əlaqələr şöbəsinin müdiri və Ə.Abıyev P.Hüseyni tribunadan zala endirməyə çalışıblar. P.Hüseynin tribunadan enişi isə onunla Z.Əsgərov arasında söyüşmə ilə müşayiət olunub: Z.Əsgərov: Otur yerində, tərbiyəsiz... P.Hüseyn: Tərbiyəsiz sənsən. Z.Əsgərov: Kəs səsini, küçə gədəsi. P.Hüseyn: Danabaşın biri danabaş. Bu dialoq O.Əsədovun zala daxil olmasıyla başa çatıb. Məlumat üçün bildirək ki, Milli Məclisin bu günki iclasında ?Azərbaycan Respublikasının 2008-ci il dövlət büdcəsinin icrası haqqında? qanun layihəsi müzakirə olunub. Bununla bağlı çıxış edən maliyyə naziri Samir Şərifov ötən ilin dövlət büdcəsinin əsas göstəriciləri barədə məlumat verib. Nazir bildirib ki, Azərbaycan dünya maliyyə-iqtisadi böhranını kifayət qədər hazırlıqlı qarşılayıb. S.Şərifov son 5 ildə 766 min yeni iş yerinin açıldığını bunların 548 mininin daimi olduğunu bildirib. 2008-ci ildə 120 mindən çox yeni iş yeri yaradılıb. Maliyyə naziri bildirmişdir ki, 2008-ci il dövlət büdcəsinin gəlirləri 10 milyard 762 milyon 672 min manat, xərcləri isə 10 milyard 774 milyon 234 min manat icra olunmuşdur. Ötən il ümumi daxili məhsulun həcmi 2007-ci illə müqayisədə 10,8 faiz artaraq 38,0 milyard manata, onun adambaşına düşən həcmi isə 9,5 faiz artaraq 4439,9 manata (5403,9 ABŞ dollarına) çatmışdır. Dünya iqtisadiyyatında baş verən dəyişikliklər Azərbaycanın xarici iqtisadi fəaliyyətinə əhəmiyyətli dərəcədə təsir göstərmişdir. 2008-ci ildə ölkənin xarici ticarət dövriyyəsində 40,6 milyard ABŞ dolları məbləğində müsbət saldo yaranmışdır. İxracın həcmi 2007-ci illə müqayisədə 47,8 milyard ABŞ dolları olmaqla 7,9 dəfə, idxalın həcmi isə 7,2 milyard manat olmaqla 25,4 faiz artmışdır. 2008-ci ildə iqtisadiyyatın və sosial sahələrin inkişafına bütün maliyyə mənbələri hesabına 9081,4 milyard manat və ya əvvəlki ildəkindən 34,3 faiz çox investisiya yönəldilmişdir. Əsas kapitala yönəldilmiş ümumi sərmayənin 75,5 faizini və ya 6856,0 milyon manatını daxili investisiyalar təşkil etmişdir ki, bu da 2007-ci illə müqayisədə 67 faiz çoxdur. Keçən il əhalinin rifahını səciyyələndirən göstəricilərdə artım olmuşdur. Əhalinin banklarda olan əmanətləri 2007-ci illə müqayisədə ötən il 29,6 faiz, nominal pul gəlirləri 37,8 faiz artmış, adambaşına düşən pul gəlirləri 36,2 faiz artaraq 2343,2 manat təşkil etmişdir. Ölkəmizin maliyyə mövqeyi də xeyli möhkəmlənmiş, dövlətin məcmu valyuta ehtiyatlarının (Mərkəzi Bankın, Dövlət Neft Fondunun və Maliyyə Nazirliyinin valyuta vəsaitlərinin) davamlı artımı təmin edilmiş, onların məbləği 2009-cu il 1 yanvar vəziyyətinə 18,2 milyard ABŞ dollarına çatmışdır. Artan gəlirləri hər bir Azərbaycan vətəndaşının gündəlik həyatında hiss etməsi dövlətin həyata keçirdiyi sosial-iqtisadi kursun əsas qayəsini təşkil etmişdir. Əhalinin sayının 5,6 faiz artması şəraitində 2008-ci ilin sonuna yoxsulluğun səviyyəsi 2003-cü ilə nisbətən 3 dəfə azalmışdır. 2003-cü ildə ölkə əhalisinin 44,7 faizi yoxsulluq şəraitində yaşayırdısa, hazırda bu kateqoriyaya əhalinin yalnız 13,2 faizi aid edilir. 2008-ci ildə iqtisadiyyatda müşahidə olunan dinamik artım özünü dövlət və icmal büdcələrinin göstəricilərində də aydın şəkildə büruzə vermişdir. Aşkar edilmiş ehtiyat mənbələri hesabına 2008-ci il dövlət büdcəsində dəqiqləşdirilmə aparılmaqla, gəlirlər 3091,5 milyon manat, xərclər isə 2541,7 milyon manat artırılmışdır. Ötən ildə dövlət büdcəsinin mədaxil proqnozu 10484,0 milyon manata qarşı 10762,7 milyon manat və ya 102,7 faiz icra olunmuşdur ki, bu da 2007-ci illə müqayisədə 4756,1 milyon manat və ya 79,2 faiz çoxdur. Ümumi daxili məhsulda dövlət büdcəsi gəlirlərinin xüsusi çəkisi 2007-ci ilə nisbətən 7,1 faiz artaraq 28,3 faiz təşkil etmişdir. Büdcə daxilolmalarının 52,9 faizi Vergilər Nazirliyi, 10,3 faizi Dövlət Gömrük Komitəsi vasitəsilə yığılmış, 35,3 faizi Dövlət Neft Fondundan, 0,9 faizi büdcə təşkilatlarının ödənişli xidmətlərindən, 0,6 faizi digər mənbələrdən daxil olmuşdur. Vergilər Nazirliyi tərəfindən 5380,0 milyon manat proqnoza qarşı 5695,4 milyon manat və ya 105,9 faiz icra olunmuş, büdcəyə nəzərdə tutulduğundan 315,4 milyon manat, 2007-ci illə müqayisədə isə 1184,8 milyon manat və ya 26,3 faiz çox vəsait təmin edilmişdir. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti istisna olmaqla, digər 8 iri vergi ödəyicisi tərəfindən dövlət büdcəsinə 161,6 milyon manat vəsait köçürülmüşdür. Bu, 2007-ci illə müqayisədə 84,7 milyon manat və ya 76,0 faiz çoxdur. Gömrük orqanları tərəfindən 1110,0 milyon manat proqnoza qarşı 1110,4 milyon manat və ya 100,1 faiz icra olunmuşdur ki, bu da nəzərdə tutulduğundan 0,4 milyon manat, 2007-ci illə müqayisədə isə 338,4 milyon manat və ya 43,8 faiz çoxdur. 2008-ci il dövlət büdcəsinin xərcləri 11060,6 milyon manat proqnoza qarşı 10774,2 milyon manat və ya 97,4 faiz icra edilsə də, bu göstərici 2007-ci illə müqayisədə 4688,0 milyon manat və ya 77,0 faiz çoxdur. Ümumi daxili məhsulda dövlət büdcəsi xərclərinin xüsusi çəkisi 2007-ci ilə nisbətən 6,9 faiz artaraq 28,3 faiz təşkil etmişdir. Xərclərin strukturuna görə 2008-ci ildə dövlət büdcəsi xərclərinin 5521,4 milyon manatı və ya 51,2 faizi cari xərclərə yönəldilmişdir ki, bu da 2007-ci illə müqayisədə 2386,2 milyon manat və yaxud 76,1 faiz çoxdur. Əsaslı xərclərə dövlət büdcəsi xərclərinin 48,0 faizi və yaxud 5170,3 milyon manatı yönəldilmişdir ki, bu da 2007-ci ilə nisbətən 2249,9 milyon manat və yaxud 77,0 faiz çoxdur. Dövlət borclarına xidmətlə bağlı xərclər üzrə ümumi xərclərin 0,8 faizi həcmində və yaxud 82,5 milyon manat vəsait yönəldilmişdir ki, bu da 2007-ci illə müqayisədə 51,9 milyon manat və yaxud 2,7 dəfə çoxdur. 2008-ci ilin dövlət büdcəsində 11,5 milyon manat kəsir olmuşdur. Kəsirin maliyyələşdirilməsi üçün 182,7 milyon manat, o cümlədən dövlət əmlakının özəlləşdirilməsindən 108,9 milyon manat, qiymətli kağızların satışından 73,8 milyon manat vəsait cəlb edilmişdir. 2009-cu il yanvarın 1-nə dövlət büdcəsi üzrə vahid xəzinə hesabının qalığı 269,8 milyon manat olmuşdur. 2008-ci ilin icmal büdcəsinin gəlirləri 17464,7 milyon manat proqnoza qarşı 19519,8 milyon manat və ya 111,8 faiz icra olunmuşdur ki, bu da 2007-ci illə müqayisədə 11450,4 milyon manat çoxdur. İcmal büdcənin xərcləri 12774,1 milyon proqnoza qarşı 12464,3 milyon manat və ya 97,6 faiz icra olunmuşdur ki, bu da 2007-ci illə müqayisədə 5075,1 milyon manat çoxdur. İcmal büdcədə 7055,5 milyon manat profisit olmuşdur. Dövlət Neft Fondunun gəlirləri nəzərə alınmadan icmal büdcədə 4809,1 milyon manat kəsir qeydə alınmışdır ki, bu da 2008-ci ildə istehsal olunmuş ÜDM-in 12,7 faizini təşkil etmişdir. Bu göstərici nəzərdə tutulmuş proqnoza nisbətən 0,6 faiz azdır. Hesablama Palatasının sədri Heydər Əsədov 2008-ci ilin dövlət büdcəsinin icrası ilə bağlı Hesablama Palatasının rəyini diqqətə çatdırmışdır. H.Əsədov bildirmişdir ki, ötən il dövlət strukturlarının atdığı çevik və adekvat addımlar sayəsində ölkədə maliyyə böhranı hiss olunmamışdır. Hesablama Palatası büdcə şəffaflığının artırılması və qanunvericiliyin daha da təkmilləşdirilməsi istiqamətində təkliflərlə çıxış etmişdir və həmin fəaliyyət bu il də davam etdiriləcəkdir. Sonra deputatlar büdcə layihəsi ilə bağlı çıxış ediblər. Milli Məclis ?Azərbaycan Respublikasinin 2008-ci il dövlət büdcəsinin icrası haqqında? qanun layihəsini təsdiq edib. Həmçinin Milli Məclisin bugünkü iclasında ?Bələdiyyələrin birləşdirilməsi haqqında? qanun qəbul edilib. Bu qanunla Azərbaycanda fəaliyyət göstərən 2757 bələdiyyənin sayı 1766-dək azaldılacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR