Mətbuat Şurası Milli Mətbuat Gününə hazırlazır

img

29-05-2009 [04:24]


Mətbuat Şurası 22 iyul - Milli Mətbuat Günü ilə bağlı tədbirlər planı hazırlayacaq. Bu barədə Müstəqil İnformasiya Agentliyinə Mətbuat Şurasının sədri Əflatun Amaşov məlumat verib: ?Şuranın növbəti iclasında bu istiqamətdə ətraflı müzakirələr aparılacaq. Hər il olduğu kimi, bu il də Milli Mətbuat Gününü ən yüksək səviyyədə qeyd etməyə çalışacağıq?. Əflatun Amaşov Şura rəhbərliyinin Milli Mətbuat Günü ərəfəsində həbsdə olan jurnalistlərlə görüşəcəyini də istisna etməyib: ?İdarə Heyətinin növbəti iclasında bu məsələlərə aydınlıq gətiriləcək?.

Digər xəbərlər
SON XƏBƏRLƏR