Aqzin Yenisey: ?Yazıçılar Birliyində bığlı, yekəqarın kizilər dövlətin pulunu talamaqla məzğuldur?

img

28-05-2009 [02:37]


Azərbaycan Media Mərkəzində ?İnam? Plüralizm Mərkəzinin təşkilatçılığı ilə ?Ədəbi mühitdə nəsillərarası mübarizə? mövzusunda keçirilən debatda qalmaqal baş verib. Debatda yaşlı nəsli Seyran Səxavət, gənc nəsli isə Aqşin Yenisey və Günel Mövlud təmsil edib. Tədbirdə əvvəlcə tanınmış yazıçı Seyran Səxavət çıxış edib. O, ədəbi mühitdə nəsillər arasında hər hansı qarşıdurma olmadığını bildirib: ?Mən ədəbi müxalifəti təmsil edən gənclərin yaradıcılığını yaxından izləyirəm. Onların arasında xeyli sayda istedadlı imza sahibi var. Eləcə də Azərbaycan Yazıçılar Birliyinin sıralarında istedadlı yazarlar birləşib. Bu insanları üz-üzə qoymaq olmaz. Amma gənclər bir qədər emosional olduqları üçün müəyyən problemlər meydana çıxır?. Ədəbi gəncliyi təmsil edən Günel Mövlud isə nəsillər arasında münaqişə deyil, problem olduğunu vurğulayıb: ?Aramızdakı anlaşılmazlıq daha çox ədəbi zövqlə bağlıdır. Təəssüf ki, yaşlı nəsil bizi məyus edir. Onların sözünün kəsəri yoxdur?. Gənc şair Aqşin Yenisey isə xeyli sərt danışıb: ?Bəziləri istəyir ki, ədəbi mühitdə əbədi atəşkəs olsun və ədəbiyyatın torpaqları işğal altında qalsın. Sizin inkar etməyinizdən asılı olmayaraq, nəsillər arasında mübarizə mövcuddur. Hətta bəzən yaşlı yazarlarla gənc yazarlar əlbəyaxa olurlar. Yaşlı nəsli təmsil edən yazarlar istəyirlər ki, Azərbaycanda gənc nəsil yetişməsin. Yazıçılar Birliyi bolşevik yuvasıdır. AYB-də oturan yekəqarın, bığlı kişilər dövlətin ayırdığı pulları talan etməklə məşğuldurlar. Bu adamların hərəkəti qarğanın leşə daraşmasını xatırladır?. Aqşin Yeniseyin çıxışı auditoriya tərəfindən etirazla qarşılandı. Filosof Rəhman Bədəlov, hüquq müdafiəçisi Əvəz Həsənov, jurnalist Nailə Əliyeva və başqaları çıxış edərək, ədəbi gəncliyi ortaya sanballı əsər ortaya qoymamaqda ittiham etdilər. ?Bizim Yol? qəzetinin əməkdaşı Natiq Cavadlı isə daha emosional danışdı: ?Anarı, Fikrət Qocanı hakimiyyətə işləməkdə günahlandırırsınız. Amma monarxiyaya vəkillik edən Aqil Abbasın ətəyindən ikiəlli yapışmısınız. Öz gözünüzdəki tiri görmürsünüzsə, başqalarının gözündə tük axtarmayın?.

Digər xəbərlər
SON XƏBƏRLƏR