Neftçi? Aleksandr çertoqanovdan imtina etdi

img

27-05-2009 [01:31]


Mövsüm başa çatdıqdan sonra ?Simurq?la icarə müddəti başa çatan Aleksandr Çertoqanov Zaqatala klubu ilə yeni müqavilə barədə razılığa gələ bilmədi. Bundan sonra Çertoqanovun müqavilə ilə məxsus olduğu ?Neftçi?yə qayıdacağı gözlənilirdi. Lakin ?Neftçi? milli komandamızın da şərəfini qoruyan yarımmüdafiəçidən imtina edib. Bu haqda Qol.Az-a futbolçunun özü məlumat verib: ?Simurq?la razılığa gələ bilmədiyimizdən, ?Neftçi?yə qayıdacağım gözlənilirdi. Lakin ?Neftçi?dən mənə dedilər ki, sən bizə lazım deyilsən?. Bu sözləri ona ?Neftçi?nin vitse-prezidenti İlqar Quluzadənin dediyini bildirən, Çertoqanov gələcək karyerasına bir müddət sonra aydınlıq gələcəyini söylədi: ?İndi milli komandanın düşərgəsindəyəm. Bütün diqqətimi qarşıdakı matçlara yönəltmişəm. 1 klubdan real təklif almışam. Amma indi adını açıqlaya bilmərəm. Qoy, razılığa gələk, ondan sonra ətraflı məlumat verəcəyəm?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA