Umud Rəhimoğlu: ?Bəzi mətbu orqanlar ?Qara yara? kimi fəaliyyət göstərir?

img

25-05-2009 [02:20]


?Mətbuat Şurasında ?reket? jurnalistikasını arışdıran komissiya mövcuddur. Şuraya daxil olan şikayətlərin əsasən neqativ yollarla jurnalistika ilə məşğul olan qəzetlərin fəaliyyət araşdırılır?. Bu sözləri Mətbuat Şurasının sədr müavini Umud Rəhimoğlu Müstəqil İnformasiya Agentliyinə açıqlamasında deyib. Onun sözlərinə görə, Şura davamlı olaraq, bu istiqamətdə lazımi tədbirlər görür: ?Belə qəzetlər Mətbuat Şurasında müzakirələr olunur, lazım gəldikdə komissiya tərəfindən bu qəzetlər ?reket? adlandırılaraq ictimaiyyətə çatdırılır. Hazırda 3000-dən yuxarı qeydiyyatdan keçmiş mətbu orqan var. Təəssüf hissi ilə deyə bilərəm ki, bəzi mətbu orqanlar ?Qara yara? kimi fəaliyyətdədir. Bacardığımız qədər bu tipli qəzetlərlə mübarizə aparırıq ki, onların fəaliyyətinə son qoyulsun?. Qeyd edək ki, adları ?reket? qəzetlər siyahısında olan mətbu orqanları bəziləri Mətbuat Şurasını Məhkəməyə veriblər. Bu barədə məlumatsız olduğunu deyən Ü.Rəhimoğlu təmsil olunduğu qurumun haqlı olduğunu və hər hansı bir problem görmədiyini bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR