?Qarabağ? Azərbaycan kubokunu qazandı

img

23-05-2009 [08:12]


Azərbaycan kubokunun sahibi bu gün bəlli oldu. Bu gün saat 18.00-da ?Qarabağ?la Azərbaycan Premyer Liqasının ikincisi ?İnter? arasında oynalınan final qarşılaşmasında sevinən tərəf birinci olub. Oyunun ilk hisəsi qarşılıqlı hücumlar və gərgin mübarizə şəraitində keçməsinə baxmayaraq, komandalardan heç biri fərqlənə bilməyib. Beləliklə, ilk 45 dəqiqə qolsuz heç-heçəylə başa çatıb. İkinci hissənin əvvəlləri də qarşılıqlı hücumlar şəraitində keçib və nəhayət, Qurban Qurbanovun yetirmələri 57-ci dəqiqədə hesabı açmaq üçün əlverişli məqam əldə edib. Belə ki, baş hakim Vüsal Əliyev cərimə meydançasında Elnur Allahverdiyeva qarşı kobud oyuna görə "İnter"in qapısına penalti təyin edib. Topa yaxınlaşan Vaqif Cavadov vəzifəsinin öhdəsindən məharətlə gəlirək, hesabı açıb. Bu yeganə qol ?Qarabağ?a həm Azərbaycan kubokunu, həm də Avro Kuboklarda çıxış etmək imkanını qazandırıb. Yeri gəlmişkən, onu da qeyd edək ki, əgər final qarşılaşmasında qalib ?İnter? olardısa, o zaman bu mövsüm Avropada Azərbaycanı təmsil etmək hüququ qazanan dördüncü komanda "Xəzər Lənkəran" olacaqldı.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA