?Simurq? bir futbolçunu transfer etdi, digəri ilə vidalazdı

img

22-05-2009 [04:25]


gn=left]2010/simurq-1.jpg[/libt] Premyer-liqanı üçüncü yerdə tamamlayan və bununla da tarixində ilk dəfə olaraq, ölkəmizi Avrokuboklarda təmsil etmək hüququ qazanan ?Simurq? transfer çalışmalarının davam etdirir. Qol.Az-a klubun mətbuat xidmətindən verilən məlumata görə, ?Simurq? mövsümlərarası fasilədə ikinci transferini reallaşdırıb. Bu gün klubun ofisində ötən mövsümü "Standard"da keçirən orta xətt oyunçusu Camal Məmmədovla müqavilə imzalanıb. Futbolçu qarşıdakı 1 il ərzində "sarı-qara" formada çıxış edəcək. Başqa bir futbolçu isə komandanı tərk edib. Söhbət bu ilin fevralında "Simurq"un "Neftçi"dən icarəyə götürdüyü yarımmüdafiəçi Aleksandr Çertoqanovdan gedir. Futbolçunun icarə müddəti mayın 30-da başa çatır. Artıq klub rəhbərliyi bu oyunçu barədə qərarını açıqlayıb. Baş məşqçi Roman Pokoranın da razılığı ilə klub onunla müqavilə bağlamamaq qərarına gəlib və Çertoqanov "Neftçi"yə qayıdacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA