Ölkə çempionatı baza çatdı, həndbolçularımız beynəlxalq yarızlara hazırlazır

img

21-05-2009 [05:39]


Həndbol üzrə ölkə çempionatı başa çatdı. Son turda "Təhsil" kollektivinə 27:21 hesabı ilə qalib gələn "Din"HK çempionatın qalibi oldu. Nazirlik təmsilçisinə məğlub olan "Təhsil" ikinci, Nəsimi rayon uşaq gənclər idman məktəbinin komandası isə üçüncü yeri tutdular. Artıq qadıqların da mübarizəsinə yekun vurulub. Son turda "Qaradağ"a məğlub olmasına baxmayaraq, "Abu" kollektivi çempionatın qızıl medallarını boynundan asıb. Onun əsas rəqibi "Qaradağ" ikinci, Nəsimi rayon uşaq gənclər idman məktəbinin yetirmələri isə üçüncülüklə kifayətləniblər. Xatırladaq ki, ölkə çempionu və ikinci yeri tutan kollektiv ölkəmizi Avropa Həndbol Federasiyasının kubokunda, bürünc medalın sahibi isə "Çelenc Kap" turnirində təmsil edəcək. Həmçinin sentyabr ayında qadınlardan ibarət komandamız Avropa çempionatının təsnifat mərhələsi çərçivəsində ilk oyununu səfərdə İsveç millisinə qarşı keçirəcək. Macarıstan, İsveç və Çexiyanın da yer aldığı qrupda ikinci oyunumuz favorit sayılan macarlarla baş tutacaq. Qalan oyunlar isə gələn il keçiriləcək. Qeyd edək ki, favorit sayılan macarlar ötən dünya çempionatını 3-cü, İsveç komandası isə 7-ci yerdə başa vurub. Çexiyanın isə elə də ciddi uğuru yoxdur. Reqlamentə əsasən qrupda ilk iki yeri tutan komandalar əsas mərhələyə vəsiqə qazanacaqlar. [b]İntiqam[/b]

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA