Sambo üzrə ölkə kuboku yarızması keçiriləcək

img

21-05-2009 [05:35]


İyul ayının 9-12-si aralığında SSRİ və Azərbaycanın əməkdar məşqçisi Əbülfəz Əliyevin xatirəsinə sambo üzrə yeniyetmələr, gənclər və kişişlər arasında Azərbaycan kuboku yarışması keçiriləcək. Sambo federasiyasından verilən məlumata görə, hər il olduğu kimi bu ildə əksər regionların komandalarının kubok yarışına qatılacağı gözlənilir. Xatırladaq ki, ötən il ölkə kubokuna sahib olmaq üçün 300-dən artıq pəhləvan döhək üzərinə çıxmışdı. İddialılara gəlincə isə bunlar əsasən yığma komandaların üzvləridir. Belə ki, kişilər arasında dünya və Avropa üçüncüsü İslam Qasımov (57 kq) və Araz Muxtarov (74 kq), habelə gənclərdə dünya çempionatının bürünc, Avropa birinciliyinin gümüş mükafatçısı Əfqan Abdullayev (48 kq) Yaşar Abbasov (62 kq) qələbəyə iddialılar sayılırlar. Yeniyetmələrə gəlincə dünya çempionu Vüqar Məmmədov (52 kq), həmçinin Avroa çempionatının gümüş medalçıları Orxan cəlalov və Rəşid Şəmizadə qələbəyə əsas namizəd kimi göstərilirlər. [b]İntiqam[/b]

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA