Jurnalistlərin sosial problemləri və çıxız yolları müzakirə olunub

img

21-05-2009 [04:47]


Bu gün Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) Mətbuat Şurasında ?Jurnalistlərin sosial durumunda vəziyyət: problemlər və çıxış yolları? mövzusunda dəyirmi masa keçirilib. Dəyirmi masa Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun (Soros) maliyyyə dəstəyi ilə həyata keçirilən ?Jurnalistlərin sosial hüquqlarının qorunmasının vəkilliyi? adlı layihə çərçivəsində gerçəkləşdirilib. Mətbuat Şurasının sədri Əflatun Amaşov tədbiri giriş sözü ilə açaraq, jurnalistlərin problemlərində danışıb: ?Jurnalistlərin əsas problemləri işdə əmək müqavilələrinin bağlanmaması, tibbi sığortanın olmaması, redaksiyalarda işçilərlə kobud münasibət qurulması, istirahət günlərində işəçiləri işlədib əmək haqqlarına əlavə gəlir edilməməsi, əmək haqqlarının vaxtında ödənilməməsi və bu kimi problemlərlə üzləşən jurnalistlər təəssüf ki, bu günümüzdə də mövcuddur. Çalışdığımız qədər belə şəraitdə işləyən qəzet redaksiyalarını demək olar ki, ?reket? kimi ictimaiyyətə təqdim etmişik. Jurnalistlərin əmək haqqlarının azlığı onların bir çox problemlərlə üzləşdirir. Redaksiyalar da işçilərin əmək haqqları çox deyilib və yaxud da çox yazılıb az verilməsi halları ilə üzləşən jurnalistlərimiz də var. Mətbuat Şurası olaraq belə qəzet redakiyalarını aşkara çıxarıb, ictimaiyyətə təqdim etmək əlbəttə ki, tək bizim yox, jurnalistlərin də borcuddur. Belə hallarla rastlaşan jurnalistlər çox vaxt işdən çıxmamaq üçün üzləşdiyi problemləri gündəmə gətirilməsini istəmirlər. Lakin demokratik ölkədə yaşadığımız üçün belə problemlərlə üzləşən yurnalistlər mütləq öz problemlərini üzə çıxardmalıdırlar?. Layihənin direktoru, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli dəyirmi masanın mahiyyəti barədə məlumat verib: ?JuHİ KİV işçilərinin sosial durumlarının öyrənilməsi, jurnalistləri qayğılandıran əsas problemlərin araşdırılması,bu problemlərin həll edilməsi yönündə təkliflərin hazırlanması və gerçəkləşdirilməsi hər ildə iki dəfə sorğular keçirir. Ötən dövrün nəticələri göstərib ki, bu yöndə aparılan sistemli fəaliyyət əhəmiyyətli nəticələr verib. 2007-2008 və 2009-cu illərin müqayisəsi göstərir ki, Azərbaycan KİV-ində çalışanlar əmək haqqında qorunması,sosial qayğılarının aradan qaldırıılmasına diqqət artmışdır. Amma bunla yanaşı, sadalanan məqamlarla bağlı yenə də müəyyən problemlər davam etməkdədir. Gündəlik nəşr olunana, dövriliyini,sabit nəşrini, imicini qoruyan KİV-lərdə,çalışanların orta yalıq gəliri 300 manat və daha yüksəkdir. Ötən il bu göstərici 180-200manat civarında olub. Əmək müqavilələri isə simvolik də olsa bu redaksiyaların hər birində bağlanıb. Və təəssüf doğuran da elə budur ki, bu tip redaksiyaların böyük əksəriyyətində əmək müqavilələri simvolik bağlanır. Yəni işçinin aldığı əmək haqqı onunla imzalanan müqavilədə tam göstərilmir. Həmçiinin,istirahət hüququnun pozulması da intensiv olaraq qalır?.

Digər xəbərlər
SON XƏBƏRLƏR