?Şaxtyor? UEFA Kubokunu qazanaraq, tarixə düzdü

img

21-05-2009 [12:26]


Dünən 2008/09 mövsümündə UEFA Kubokunun final oyunu keçirilib. Qol.Az-ın məlumatına görə, İstanbulun ?Şükrü Saracoğlu? stadionunda keçirilən həlledici qarşılaşmada Ukraynanın ?Şaxtyor? klubu Almaniya təmsilçisi ?Verder?lə üz-üzə gəlib. Oyunda hesabı ?Şaxtyor? açıb. 25-ci dəqiqədə Luis Adriano ukraynalı azarkeşləri ayağa qaldırıb. Lakin ?Şaxtyor?un sevinci çox çəkməyib. 10 dəqiqə sonra Naldo ?stastus-kvo?nu bərpa edib. Bununla belə, Mirça Luçeskunun yetirmələri rəqibini məğlub etməyi bacarıb. I əlavə hissədə Cadson komandasına kuboku qazandıran qola imza atıb. Bununla da ?Şaxtyor? eyni zamanda 3 tarixi uğura imza atıb. Donets təmsilçisi tarixində ilk dəfə olaraq UEFA Kubokuna sahib çıxıb. Bu həm də Ukrayna futbolu tarixində ilk belə nailiyyətdir. Digər tərəfdən də ?Şaxtyor? bu mövsüm sonuncu dəfə keçirilən UEFA Kubokunu qazanaraq, bu yarışın son qalibi kimi tarixə düşüb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA