Azərbaycan - Özbəkistan oyununda dövlət himnləri niyə səslənməyıb?

img

21-05-2009 [12:23]


Dünən Lənkəranda Azərbaycan və Özbəkistanın gənclərdən ibarət milli komandaları arasında keçirilən oyundan əvvəl maraqlı hadisə baş verib. Matçdan əvvəl ölkələrin dövlət himnləri səslənməyib. Halbuki rəsmi və yə yoldaşlıq oyunu olmasından asılı olmayaraq, milli komandaların oyunları zamanı həmişə hər iki ölkənin dövləti himnləri səslənir. Məsələyə aydınlıq gətirmək üçün AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğluna müraciət etdik. M.Nərimanoğlu Qol.Az-ın müxbiri ilə söhbətində məsələyə belə aydınlıq gətirdi: ?Özbəkistan tərəfi özləri ilə dövlət himnlərini gətirməyi yaddan çıxartmışdılar. Buna görə də qərara gəldik ki, Azərbaycanın da dövlət himnini səsləndirməyək. Çünki səslənirsə hər iki ölkənin, səslənmirsə, heç bir ölkənin dövlət himni səslənməməlidir. Bu məsələdə Özbəkistan tərəfi günahkardır. Hətta buna görə onlar öz dövlət himnlərini unutduqları üçün bizdən üzrxahlıq da etdilər?. Göründüyü kimi, AFFA rəsmisi məsələdə qonaqların günahkar olduğunu iddia edir. Lakin Qol.Az-ın etibarlı mənbədən əldə etdiyi məlumata görə, məsələ başqa cür olub. Qarşlılaşmadan əvvəl hər iki ölkənin dövlət himni yazılmış disklər təşkilatçılara təqdim olunub. Sadəcə olaraq, himnləri səsləndirmək zamanı gələrkən, texniki problem yaranıb. Daha konkret desək, disklərdən biri açılmayıb. Lakin dəqiq olaraq, hansı diskdə - Azərbaycanın, yoxsa Özbəkistanın dövlət himni yer alan diksdə problem yarandığı dəqiq bilinmir. Bəlkə də nasaz olan diks məhz qonaqların dövlət himninin yer aldığı disk olub. Amma bu o demək deyil ki, özbəklər himnlərini unudublar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA