Vasif Talıbov bəzi mətbu orqanların qeydiyyatını ləğv etdirmək istəyir

img

20-05-2009 [09:01]


Ədliyyə Nazirliyi bəzi mətbu orqanlara qarşı sərt addımlar atmağa hazırlaşır. Adında Naxçıvan sözü olan qəzetlərin qeydiyyatının ləğv olunması planlaşdırılır. Həmin qəzetlər mətbu fəaliyyətlərini yalnız adlarını dəyişdirəcəkləri təqdirdə davam etdirə biləcəklər. Bu barədə Müstəqil İnformasiya Agentliyinə adı ?qara siyahı?da olan qəzetlərdən birinin baş redaktoru məlumat verib. Adının çəkilməsini istəməyən baş redaktorun sözlərinə görə, artıq adı Naxçavanla bağlı olan qəzetlərin rəhbərləri Ədliyyə Nazirliyinə çağrılaraq, bu barədə məlumatlandırılıblar. Nəşrini davam etdirmək istəyən mətbu orqanlara adlarını dəyişmək təklif oluunb. Mənbə bildirib ki, Ədliyyə Nazirliyində olarkən onlara adında Naxçıvan sözü olan qəzetlərin fəaliyyətinə xitam verilməsilə bağlı göstərişin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovdan gəldiyini deyiblər. ?Bizə qarşı təzyiqlər Mətbuat Şurasının ?reket qəzet?lərin siyahısını açıqlamasından sonra başlayıb. Bu siyahıda adında Naxçıvan sözü olan bir neçə qəzet var. Vasif Talıbov Naxçıvan adının reket sözü ilə paralel hallanmasını istəmədiyi üçün Ədliyyə Nazirliyinin rəhbərliyinə müraciət edərək, həmin qəzetlərin fəaliyyətinə son qoyulmasını xahiş edib?. Məlumat agentliyimizə gec daxil olduğundan məsələylə bağlı Ədliyyə Nazirliyinin mövqeyini öyrənə bilmədik.

Digər xəbərlər
SON XƏBƏRLƏR