Mətbuat Şurası ADNA-dakı faciənin mediada izıqlandırılmasının monitorinqini aparıb

img

20-05-2009 [03:02]


Mətbuat Şurası 30 aprel 2009-ju ildə Azərbaycan Dövlət Neft Akademiyasında baş vermiş fajiənin aparıjı media vasitələrində işıqlandırılmasına dair hesabatını açıqlayıb. Hesabatın tərtibində Azərbaycan Mətbuat Şurasının 30 aprel?15 may 2009-cu il tarixlərində qəzetlər, informasiya agentlikləri və xəbər portalları daxil olmaqla ölkənin aparıcı kütləvi informasiya vasitələrinin monitorinqinin materiallarından istifadə edilib. Monitorinqdə məqsəd bu il aprelin 30-da Azərbaycan Dövlət Neft Akademiyasında baş vermiş fajiənin mediada işıqlandırılması səviyyəsini müəyyənləşdirmək olub. Monitorinqə jəlb edilmiş kütləvi informasiya vasitələri 2 qrupa bölünüb. Mətbu nəşrlərin materialları birinji (a), informasiya agentlikləri və xəbər portallarınınkı isə ikinji (b) kateqoriya üzrə araşdırılırb. Adları monitorinqə daxil edilən KİV-lər aşağıdakılardır: ?525-ji qəzet?, ?İki sahil? qəzeti, ?Yeni Müsavat? qəzeti, ?Yeni Azərbaycan? qəzeti, ?Hürriyyət? qəzeti, ?Səs? qəzeti, ?Respublika? qəzeti, ?Azadlıq? qəzeti, ?Azərbayjan? qəzeti, ?Bizim yol? qəzeti, ?Şərq? qəzeti, ?Olaylar? qəzeti, ?Palitra? qəzeti, ?Ədalət? qəzeti, ?Mərkəz? qəzeti, ?Bakı xəbər? qəzeti, ?Xalq jəbhəsi? qəzeti, ?Xalq qəzeti?, ?Paritet? qəzeti, ?Üç nöqtə? qəzeti, APA, Turan İA, SİA, Trend İA, ?İnterfaks Azərbayjan? İA, ?AzərTAc? Dövlət Teleqraf Agentliyi, ?anspress.com?, ?mediaforum.az?, ?lent.az?, ?day.az?. Monitorinqdə fajiə ilə bağlı KİV materiallarının sayına, canrına, peşəkarlıq xüsusiyyətlərinə, fakta yanaşma tərzinə diqqət yetirilib. Monitorinq ümumi səjiyyə daşıdığından orada yalnız mövzunun təqdimatındakı tendensiyalar nəzər alınıb. Mətbuat Şurası bütün bunları nəzərə alaraq aşağıdakıları müəyyənləşdirib: 1.Azərbaycanda yazılı KİV-lər 30 aprel 2009-ju il tarixdə Azərbayjan Neft Akademiyasında baş vermiş faciəli hadisəyə kifayət qədər geniş diqqət yetiriblər. 2.KİV-lərin hadisənin işıqlandırılmasına göstərdikləri diqqət aşkar qeyri-peşəkarlıq meylləri ilə müşaiyət olunub. Ölkənin yazılı KİV-lərinin ekstermal şəraitdə işləmək təcrübəsininin azlığı təsdiqini tapıb. Hadisə ətrafında məxsusi ajiotaj yaradılarkən əldə edilən müsbət vərdişlərdən, xüsusiyyətlərindən imtina halları tendensiya halını alıb. 3.Müvafiq orqanların ilk mənbə rolunda çıxış etmələri istiqamətində işlərinin yaxşılaşdırılması üçün əlavə tədbirlərə ehtiyac var.

Digər xəbərlər
SON XƏBƏRLƏR