Sevgililər günü ilə bağlı tədbirə dövlət rəsmiləri də dəvət ediləcək

img

20-05-2009 [01:06]


Qarşıdan 30 iyun - Sevgililər günü gəlir. Artıq neçə ildir bu günü təmtəraqla qeyd edən ?Xural? qəzetinin kollektivi bu il də tədbirə ciddi hazırlaşır. Sözügedən qəzetin baş redaktoru Əvəz Zeynallı Müstəqil İnformasiya Agentliyinə açıqlamasında həmin günə həsr olunmuş irihəcimli kitab çap etdirməyə hazırlaşdıqlarını bildirdi: ?Hər il olduğu kimi bu il də bir neçə sisilə tədbirlər keçirmək istəyirik. İyun ayının 29-u ?Şur? musiqi məkanında təntənəli tədbir keçiriləcək. ?Xural? qəzetinin iyun ayının son iki həftəsində çıxacaq nömrələri ilə birlikdə Sevgililər gününə həsr olunmuş təqvimlər hədiyyə olunacaq. Təxminən 20 minədək kiçik həcimli təqvimlər və 5 minədək - üzərində Sevgililər gününü əks etdirən işarələr olan qələmlər sifariş etmişik. Çalışırıq ki, həmin günə həsr olunmuş 400 səhifəlik kitab da işıq üzü görsün. Başqa planlarımız da var. Bunlar əsasən Sevgi mükafatı, analara hədiyyə və sairə təsis etmək barədədir. Amma bütün bunlar bizim iqtisadi durumumuzdan asılıdır?. Ə.Zeynalının sözlərinə görə, ənənəvi olaraq, ölkə başçısı da daxil olmaqla bütün millət vəkillərinə, komitə rəhbərlərinə, nazirlərə, partiya rəhbərlərinə dəvətnamələr göndərməklə, onlara tədbirdə iştirak etmək təklif olunacaq: ?Bu il əsas məqsədimiz prezident İlham Əliyevin tədbirdə iştirakına nail olmaqdır. Həm də həmin günlə bağlı rəsmi qərarın qəbul olunmasına çalışacağıq?. Ə.Zeynallı həmçinin tədbirdə incəsənət xadimlərinin də iştirak edəcəyini bildirdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR