FHN-in mətbuat xidmətinin rəhbəri barədə daxili təhqiqat aparılır

img

20-05-2009 [01:01]


Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinin rəhbəri Tural Müseyibovun polisin üstünə silah çəkməsi və buna görə saxlanılması barədə ötən sayımızda məlumat vermişik. Belə ki, T.Müseyibov şəxsi avtomobili ilə hərəkət edərkən yol hərəkəti qaydalarını kobud şəkildə pozub və DYP işçiləri tərəfindən saxlanılıb. Cənab Müseyibov yol polislərinə FHN-də yüksək vəzifə tutduğunu və Kəmaləddin Heydərovun yaxın adamı olduğunu bildirib. Lakin polislər ona maşınının cərimə meydançasına getməli olduğunu deyiblər. Bundan əsəbiləşən T.Müseyibov polislərlə kobud davranıb və onlardan adekvat cavab görüncə silaha əl atıb. Polislər qaçandan sonra FHN təmsilçisi də hadisə yerindən uzaqlaşıb. Lakin o, etdiyi hərəkəti gizlədə bilməyib. Hadisə barədə Dövlət Yol Polisi İdarəsinin rəhbərliyinə məruzə olunub. DYP-dən də öz növbəsində K.Heydərova bilgi veriblər. Nazir məsələni araşdırandan sonra Müseyibovun saxlanmasına və məsələnin araşdırılmasına razılıq verib. Bundan sonra T.Müseyibov saxlanılıb və bir neçə saat sorğu-sual edilib. Amma qeyri-müəyyən səbəblərdən o, sərbəst buraxılıb. Bununla belə, onunla bağlı araşdırmalar davam etdirilir. İki gün ərzində bu xəbərlə bağlı T.Müseyibovun özü ilə danışa bilməmişik. Onun telefonuna ya başqa adamlar cavab verir, ya da zənglərə ümumiyyətlə cavab verilmir. Dünən T.Müseyibova yaxın olan bir mənbə isə onun polislə problemi olduğunu təsdiqlədi: ?Neçə gündür ki, onun başı bu problemini həll etməyə qarışıb?. Maraqlıdır ki, dünən redaksiyamızla əlaqə saxlayan DYP-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Ərəstun Məcidli bu xəbəri təkzib etməyə çalışıb. Əməkdaşmız ona xəbərin tam səhih olduğunu və etibarlı mənbədən alındığını dedikdən sonra Ə.Məcidli məsələ ilə bağlı DYP rəhbərliyi ilə danışacağını, sonra yenidən bizimlə əlaqə saxlayacağını bildirib. Lakin gün ərzində ondan bir xəbər çıxmadı. Ö tən gün bir maraqlı məlumat da ondan ibarət oldu ki, cənab Müseyibov telekanallardan birində olub və kanalın rəhbərlərindən biri ilə söhbət edib. Fövqəladə Hallar Nazirliyindən isə xəbəri nə təsdiq, nə də təkzib ediblər. FHN-in bir əməkdaşı yalnız məsələnin nazirlikdə araşdırıldığını söyləyib. Sonda onu da qeyd edək ki, müxtəlif şəxslər redaksiyamızın əməkdaşları ilə əlaqə saxlayaraq məlumatın hansı müxbirə verilməsi ilə maraqlanıblar. [b]"Yeni Musavat"[/b]

Digər xəbərlər
SON XƏBƏRLƏR