?Lokomotiv? Berti Foqtsu baz məzqçi vəzifəsinə gətirmək istəyir

img

20-05-2009 [12:49]


Moskvanın ?Lokomotiv?inin baş məşqçi vəzifəsini milli komandamızın çalışdırıcısı Berti Foqts tuta bilər. Qol.Az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, almaniyalı çalışdırıcının adı ?Lokomotiv?in baş məşqçi vəzifəsinə namizədlər sırasındadır. Foqtsdan başqa siyahıda ?Şaxtyor?un çalışdırıcısı Mirça Luçesku, ?Lokomotiv?in keçmiş baş məşqçisi, hazırda isə Kiyev ?Dinamo?suna rəhbərlik edən Yusi Syomin, eləcə də Rumıniya millisinin sabiq çalışdırıcısı Viktor Piçurkenin adı var. Rusiyalı həmkarlarımızın yazdığına görə, Foqtsun ?Lokomotiv?i çalışdırmaq şansı çox azdır. Bu mübarizədə əsas favorit Yuri Syomin hesab olunur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA