Nail Əliyev: ?Əvvəl çempionatda iddialı komandaların sayı indikindən iki dəfə çox idi?

img

19-05-2009 [01:40]


?Əvvəll çempionatda ?Karvan? kimi çempionluğa iddialı komanda var idi. Onlara qarşı oyunlarımız həmişə ağır olub. İndi görün Yevlax klubu nə günə qalıb. Eyni sözləri ?Neftçi? haqqında da demək olar. Heç ?Xəzər-Lənkəran?da əvvəlki kimi əzəmətli görsənmir. ?MKT-Araz?ı da gəlin unutmayaq. O vaxt çempionluq uğurunda mübarizə 7-8 komanda arasında gedirdi. İndi bu say 2 dəfə azalıb?. Bu sözləri Qol.Az-a ?Bakı?nın sabiq vitse-çempionu Nail Əliyev deyib. Əliyev çempion adını qazanan ?zolaqlılar?ın heyətində kimisə xüsusi fərqləndirməkdə də çətinlik çəkdiyini dedi: ?Bakı? ilk növbədə kollektiv oyun oynayır. Oyun konkret bir nəfərin üzərində qurulmur. Odur ki, mən də kimisə fərqləndirməkdə çətinlik çəkərdim. Fernando Peresi qeyd etmək olar. Eyni zamanda Bəxtiyar Soltanov, Amiran Muciri, Mahmud Qurbanov, Elvin Əliyev, Xalidu Sissokonun adlarını vurğulamaq olar. Ümumilikdə isə, bir daha qeyd edirəm ki, ?Bakı? kollektiv komandadır?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA