Qafqaz Media Mərkəzi növbəti seminarına start verdi

img

18-05-2009 [04:10]


Asiya Dialoqu İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Qafqaz Media Mərkəzi 2009-cu ildəki növbəti, bu il sayca ikinci, ümumilikdə isə 8-ci seminarina start verib. MİA-ya verilən məlumata görə, bu gündən başlayan ?Telereportyor sənətkarlığı? adlı seminarda İraq, Qırğızıstan, Gürcüstan, Dağıstan, Qaqauziya televiziyalarının təmsilciləri iştirak edirlər. Daima Ahıska türklərinin inkişafi prosesində fəal olan Qafqaz Media Mərkəzi bu dəfə də Ahıska türklərinin telereportyorluq seminarında iştirakını təmin edib. Bir ay davam edəcək seminarın rəhbəri GRBS şirkətinin eksperti Aytən Əliyevadır. Seminar iştirakçılarına tananmış telejurnalistlər və mütəxəssizlər Mais Məmmədov, Sabir Axundov, İlhamiyyə Rzayeva, Kənan Quluzadə, ?Yeni Nəsil? Jurnalistlər Birliyinin sədri Arif Əliyev, Elşad Fərzəliyev, Gülya Məmmədzadə, Nail Əliyev, İlqar Xudiyev dərs deyəcək, onların qonağı olacaqlar. İştirakçılara nəzəri və praktik məşgələlər keçiləcək. Həmcinin seminar iştirakcılarının Azərbaycanın aparıcı teleşirkətlərində olacağı nəzərdə tutulub. Sonda seminar iştirakçılarına sertifikat veriləcək. Asiya Dialoqu İctimai Birliyi və Qafqaz Media Mərkəzinin rəhbəri Sevil Nuriyeva bildirib ki, seminarın gedişində xüsusilə fərqlənəcək xarici telejurnalistlər Türkiyənin nüfuzlu telekanallarına təcrübə keçməyə göndəriləcəklər.

Digər xəbərlər
SON XƏBƏRLƏR