Mətbuat Şurası iqtisadi böhranın ?qurbanı? olan mətbəə və nəzriyyatlara yardım etməyəcək

img

18-05-2009 [02:31]


Dünyadakı iqtisadi böhran Azərbaycanın bəzi kiçik mətbəə və nəşriyyatlarına da təsir edib. Hətta bəzi mətbəə və nəşriyyatların artıq fəaliyyətini dayandırdığı bildirilir. Mətbut Şurasının (MŞ) icraçı direktoru Rəhim Hüseynzadə Müstəqil İnformasiya Agentliyinə açıqlamasında hələki heç bir mətbəənin Şuraya kömək məqsədilə müraciət etmədiyini, lakin müraciət ediləcəyi təqdirdə belə, MŞ-nin onlara kömək etmək səlahiyyətində olmadığını bildirib: ?Mətbuat Şurası əsasən yazılı mətbuatla iş qurur. Bu, şuranın nizamnaməsində də öz əksini tapıb. Onun əsas vəzifəsi mətbuatla hakimiyyət arasındakı münasibətləri tənzimləməkdir. Şura üzvləri arasında bir nəfər də olsun, nəşriyyat və ya mətbəə nümayəndəsi yoxdur. Bu baxımdan mətbəələr işlərini özləri qurmalıdırlar?. R.Hüseynzadə yaxın vaxtlarda Mətbuata Dövlət Dəstəyi Fondu yaradılacağını vurğulayıraq, sözügedən məsələylə bağlı həmin fondun nizamnaməsinə xüsusi bir maddə salınacağını güman etdiyini də deyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR