Rəzad 90 dəqiqə oynadı, Ramal isə ehtiyatda qaldı

img

18-05-2009 [11:49]


Milli komandamızın kapitanı Rəşad Sadıqovla Ramal Hüseynovun çıxış etdikləri Türkiyənin ?Kocaelispor? klubu ölkə çempionatında növbəti oyununu keçirib. Qol.Az-ın məlumatına görə, səfərdə ?Qaziantepspor?un qonağı olan həmyerlilərimizin klubu rəqibinə 2:5 hesabıyla uduzub. RəşAd Sadıqov həmişəki kimi 90 dəqiqə meydanda olub. Ramal isə ötən matçda olduğu kimi yenə də ehtiyat oyunçular skamyasında əyləşib. Ramalın məhz bu matçda superliqada nəhayət ki, debüt edəcəyi gözlənilsə də, baş məşqçi Erhan Altın yenə də Hüseynova şans verməyib. Oyuna gəldikdə isə, matçda hesabı ?Qaziantepspor? açıb. Artıq 8-ci dəqiqədə Erman ?Kocaelispor?un qapısına yol tapıb. 38-ci dəqiqəqə ?Kocaelispor? hesabı bərabərləşdirib. Sezar fərqlənib. Lakin İzmit təmsilçisi ikinci hissədə rəqibi qarşısında ağ bayraq qalıdırıb. 47 və 65-ci dəqiqələrdə Beto, 89-cı dəqiqədə isə İvan fərqlənib. Meydan sahiblərinin daha bir qolunu isə 74-cü dəqiqədə ?Kocaelispor?dan Emirhan öz qapısına göndərib. İzmit klubunun təsəlliverici qoluna son dəqiqələrdə penaltidən Taner Gülleri imza atıb. Bu məğlubiyyətdən sonra 26 xalda qalan ?Kocaelispor?un superliqayla vidalaşması rəsmiləşdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA