Mübariz Mənsimov ?Beziktaz?a 500 min dollar mükafat verəcək

img

16-05-2009 [05:13]


Türkiyə kubokunun qalibi olan ?Beşiktaş?lı futbolçuların alacaqları mükafatlar məlum olub. Qol.Az-ın ?Milliyet?ə istinadən verdiyi məlumata görə, dünən futbolçularla görüşən ?Beşiktaş?ın prezidenti Yıldırım Dəmirörən mükafatın məbləğini açıqlayıb. Dəmirörən bildirib ki, klub tərəfindən hər futbolçuya qazanılan uğura görə, 100 min dollar veriləcək. Ardınca isə klub başçısı onu da əlavə edib ki, ?Beşiktaş?lıların qazancı bununla bitməyəcək. Yıldırım Dəmirörənin sözlərinə görə, ?Beşiktaş?ın azarkeşi olan ?Palmali? Şirkətlər Qrupunun rəhbəri, ?Xəzər-Lənkəran?ın fəxri prezidenti olan Mübariz Mənsimov da qazanılan uğura görə, ?Beşiktaş?ın üzvlərinə ümumilikdə 500 min dollar verəcək. Həmyerlimizin vəd etdiyi mükafatı qarşıdakı günlərdə təqdim edəcəyi gözlənilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA