Güləzçilərimiz beynəlxalq turnirdə iztirak etmək üçün Antalyadadır

img

15-05-2009 [07:07]


Gənclərdən ibarət sərbəst və yunan-roma üzrə güləş yığmalarımız mayın 15-dən 17-nə kimi Türkiyənin Antalya şəhərində ənənəvi beynəlxalq turnirdə çıxış edir. Güləş Federasiyasından Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, qardaş ölkədə güləşin yunan roma növündə ölkəmizin idman şərəfini Ağalar Aslanov və İlqar Abdulovun başçılığı altında Səid Balabəyov (50 kq), Taleh Məmmədov (55 kq), Kamran Məmmədov (60 kq), Rəsul Dunayev (66 kq), ?icat Sadıqov (74 kq), Murtuza Tağıyev (84 kq), Səbuhi Hümbətov (96 kq) qoruyacaqlar. Sərbəst növdə isə xalça üzərində ?icat Muradov (50 kq), Azər Paşayev (55 kq), Cavid Dəmirov (60 kq), Ağahüseyn Mustafayev (60 kq), Ağəli Ramazanov (60 kq), İbrahim Yusubov (66 kq), Zaur Ələkbərov (74 kq), Roman Bəkirov (84 kq), Asyatilov Xangərək (96 kq), Aslan Cəbişov (120 kq) qüvvəsinin sınayacaq. Qeyd edək ki, məsul yarışa millimizi Arif Abdullayev və ?amiq Hüseynov hazırlayıb. Xatırladaq ki, bu gün yarışın pleyy-off mərhələsinə vəsiqə qazanan idmançıların adı bəlli olacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA