Derbilər yaxınlazır

img

15-05-2009 [07:05]


Mayın 19-da qadınlar arasında həndbol üzrə ölkə birinciliyinin növbəti turu çərçivəsində baş tutacaq qarşılaşmada son illərin barışmaz rəqibləri "Abu" və "Qaradağ sement" kollektivləri üz-üzə gələcək. Həndbol Federasiyasından Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, oyun saat 15:00-da Abu Arenada keçiriləcək. Xatırladaq ki, 9 dəfə ölkə çempionu adını qazanmış ABU hazırda birinci yerdə gedir və "Qaradağ"dan cəmi iki xzal öndədir. Çempionatın bitməsinə 4 tur qalmasına baxmayaraq, bu görüş həm də çempionun müəyyənləşməsi baxımından da əhəmiyyətlidir. Çünki birinci yeri tutan kollektiv ölkəmizi Avropa Həndbol Federasiyasının kuboku uğrunda keçirilən yarışlarda təmsil edəcək. Xatırladaq ki, həmin gün kişilər arasında ölkə çempionatında da çox maraqlı bir görüş baş tutacaq. Belə ki, birinciliyə hegomonluq edən "Dinamo" ondan cəmi iki xal geridə qalan "Təhlis" kollektivi ilə qarşı-qarşıya gələcək. Əsasını milli komandalarının oyunçuları təşkil edən nazirlik təmsilçisi bu görüşdə də qalib gələcəyi halda növbəti dəfə çempionatın qızıl medallarına sahib çıxacaq. Xatırladaq ki, bu oyun da Abu Arenada keçiriləcək və saat 13:00-da başlayacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA