Filip Kirkorov ?Avrovizion-2009?un münsiflər heyətinin sədrliyindən getdi

img

15-05-2009 [06:52]


?Avrovizion-2009? mahnı müsabiqəsinin münsiflər heyətinin sədri məşhur rus müğənnisi Filip Kirkorov tutduğu postu tərk edib. Rusiya elektron KİV-lərin yaydığı xəbərə görə, Kirkorovu Rusiyanın məşhur bəstəkarı və prodüseri İqor Matviyenko əvəz edəcək. Müğənni deyib ki, daha rahat qiymət verəcək: ?Mən bəzi iştirakçılarla, o cümlədən Norveçi təmsil edən Aleksandr Rıbak və yunan müğənnisi Sakislə uzun illərdən bəri dostam. Hesab edirəm ki, bundan sonra daha rahat fikir söyləyə biləcəyəm, istədiyi iştirakçı ilə ünsiyyət quracağam. Belə olanda münsiflər heyətinin obyektivliyinə də şübhə olmaz?.

Digər xəbərlər
SON XƏBƏRLƏR