Yevlaxın icra bazçısı ?Karvan?-?Qarabağ? qarzılazmasını izləmək istəyən ağdamlılara problem yaradıb

img

15-05-2009 [05:07]


Mayın 17-də Azərbaycan çempionatında sonuncu turun oyunları keçriləcək. Turun ən maraqlı qarşılaşmalarından biri Yevlax şəhərindəki ?Karvan? stadionunda baş tutacaq. Həmin gün Yevlax futbolçuları doğma azarkeşlər önündə Ağdamın ?Qarabağ? komandasını qəbul edəcəklər. Mütəxəssislər ?Karvan?-?Xəzər-Lənkəran? qarşılaşmasının gərgin mübarizə şəraitində keçəcəyini proqnozlaşdırırlar. Məlumata görə, futbol matçının keçirilməsinə 2 gün qalmasına baxmayaraq, artıq klub rəhbərləri üz-üzə gəliblər. Müstəqil İnformasiya Agentliyinin Yevlaxdakı əməkdaşının verdiyi məlumata görə, ?Karvan? stadionunda baş tutacaq görüşü izləmək istəyən ağdamlı azəarkeşlərə bilet satışı qadağan olunub. Biletlər bir neçə gün öncə məcburi qaydada idarə və müəssisələrə satılıb. Bu prosesin Yevlax rayon İcra Hakimiyyəti tərəfindən idarə olunduğunu bildirib. MİA əməkdaşının verdiyi məlumata görə, dünən Yevlaxın icra başçısı Elmar Vəliyev ağdamlı həmkarı Həsən Sarıyevə telefon açaraq, ?Qarabağ? azarkeşlərinin matçı izləməsinə lüzum olmadığını deyib. İcra başçısı fikrini rəqib komandanın tərəfdarlarına qarşı təxribat ehtimalının yüksək olması ilə əlaqələndirib. Mənbə deyib ki, Həsən Sarıyevin həmkarının təklifini qəbul etməməsi Elmar Vəliyevi daha da qəzəbləndirib. O, Ağdamın icra başçısına hədə-qorxu gələrək, qarşılaşmanı izləyəcək ?Qarabağ? tərəfdarlarının ?sürprizlə? üzləşəcəklərini bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA