Zəlimxan Məmmədli Regional Təhlükəsizlik institutunun Gürcüstan masasına rəhbərlik edəcək

img

15-05-2009 [04:55]


Regional Təhlükəsizlik İnstitutu direktoru Eldəniz Elgünün bildirdiyinə görə, qurumun formalaşdırılması işinə başlayıblar və yaxın günlərdə konkret proqramların icrasına start verəcəklər. Onun sözlərinə görə artıq bir sıra danışıqlar aparılıb və ciddi addımların atılmasına nail olublar. E. Elgünün sözlərinə görə KAXCP-in Ali Məclisinin və ?Borçalı? təşkilatının sədri Zəlimxan Məmmədli bu gündən etibarən institutda Gürcüstan masasına rəhbərlik edəcək. Digər ciddi uğurumuz isə professor, ?Qafqaz? araşdırma mərkəzinin təsisçisi Xaləddin İbrahimlinin ?Qafqaz? masasına rəhbərlik etməsidir. Eldəniz Elgünün sözlərinə görə, institutdakı masalara rəhbərlik edəcək şəxslərin siyasi maraqları dəyişməyəcək və onların hansısa formada instituta hüquqi bağlılıqları olmayacaq və hesab etdikləri zaman masadakı fəaliyyətlərini dayandıracaqlar. ?Bizim fikrimiz peşəkar insanların bir araya cəmləşərək vətəndaş cəmiyyətinin formalaşmasına öz təsirimizi göstərməyimizdir? -deyən E.Elgün bunu da vurğuladıki daha bir neçə tanınmış mütəxəssislə danışıqlara başlayıblar. Mətbu orqanlarlada sıx əməkdaşlıq edəcəklərini bildirən E.Elgün qeyd etdi ki, ?Milli Yol? qəzeti də institutla birgə fəaliyyətə razılıq verib. Və yaxın günlərdə qəzetin baş redaktoru Şahin Ağabəyli konkret vəzifə ilə institutda fəaliyyətə başlayacaq. E.Elgün bu günlərdə onlara informasiya dəstəyi verən KİV nümayəndələrinə də təşəkkürünü bildirdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR