"Bakı" əsasən yerli oyunçuların hesabına gücünə güc qatmaq niyyətindədir

img

14-05-2009 [06:43]


"Çempionat yekunlaşandan sonra transfer məsələləri ilə bağlı planlarımızı açıqlayacağıq. Hələlik bu barədə konkret nəsə demək mümkün deyil. Yalnız bircə onu söyləyə bilərəm ki, klubumuz Çempionlar Liqasında iştirakqabağı xeyli güclənəcək". Bu sözləri "Bakı" Futbol Klubunun icraçı direktoru Yaşar Seyidov Müstəqil İnformasiya Agentliyinə açıqlamasında bildirib. Klub rəsmisinin sözlərinə görə, Çempionlar Liqasında da uğurla çıxış etməyi hədəfləyən "Bakı" əsasən yerli oyunçuların hesabına gücünə güc qatmaq niyyətindədir: "Amma ola bilsin ki, o vaxta kimi heyətimizə daha güclü olan əcnəbi futbolçuları da cəlb edək". "Qarabağ" klubunun mətbuat xidmətinin rəhbəri Nurlan ibrahimov isə deyib ki, hələlik komaenda qarşıdakı oyunlara hazılaşır. Onun sözlərinə görə, baş məşqçi Qurban Qurbanovla məsləhətləşmədən sonra transfer ediləcək oyunçular müəyyənləşəcək: "Biz orta sahə oyunçusu transfer etmək istəyirik. Çox güman ki, bu legioner olacaq. Biz transfer xatirinə transfer etmək istəmirik. Ola bilsin ki, yaxşı mənada partlayış yarada biləcək bir oyunçu alınsın". Klub sözçüsü onu da bildirdi ki, indiki halda kuboku götürmək daha sərfəlidir. Çünki əgər komanda kubokun qalibi kimi mübarizəyə UEFA kubokunun ikinci mərhələsindən başlayacaq: "Çempionatın dördüncüsü kimi isə gərək ilk mərhələdən mübarizəyə qoşulaq". [b]Intiqam[/b]

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA