Rail Rzayevin yerinə adam tapıldı

img

12-05-2009 [02:05]


Dövlət başçısı İlham Əliyevin sərəncamı ilə general-mayor Altay Mehdiyev Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı təyin edilib. Bu barədə müdafiə nazirliyindəki mənbədən məlumat daxil olub. Qeyd edək ki, general-mayor Altay Mehdiyev son təyinata qədər Milli Ordunun Naxçvanda yerləşən korpusunun qərərgah rəisi vəzifəsini icra edib. General Mehdiyev hərbi xidməti dövründə Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunları sistemində çalışmayıb. Dövlət başçısının Altay Mediyevin namizədliyinə üstünlük verməsi barədə hələlik yalnız bir versiya var. O, ordu sistemində nüfuzlu, sözükeçən zabit kimi tanınır. Xatırladaq ki, Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı mərhum Rail Rzayevin qətlə yetirilməsindən sonra onun yerinə müavinlərindən birinin təyin olunacağı barədə xəbərlər yayılmışdı. Amma bu vəzifəni daşyan şəxs həm də prezidentin təhlükəsizliyinə cavabdeh şəxslərdən biri sayıldığından dövlət başçısının kimi seçəcəyi heç kimə məlum olmaya bilərdi. Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının mərhum komandanı Rail Rzayev bu ilin fevral ayının 11-də naməlum şəxs tərəfindən yaşadığı binanın qarşısında odlu silahdan açılan atəşlə qətlə yetirilib. Hadisə ilə bağlı cinayət işi qaldırılıb, istintaq gedir. Qətllə bağlı saxlanınlan şəxs yoxdur. Generalın öldürülməsi ilə bağlı Cinayət Məcəlləsinin 120.2.3-cü (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürmə) maddəsi ilə başlanan cinayət işinin istintaqını Respublika Hərbi Prokurorluğu aparır. [b]Bizim Yol[/b]

Digər xəbərlər
SON XƏBƏRLƏR