?Kocaelispor? Rəzad Sadıqovu yola gətirməyə çalızır

img

12-05-2009 [01:55]


Həmyerlilərimiz - milli komandamızın kapitanı Rəşad Sadıqovla Ramal Hüseynovun çıxış etdikləri Türkiyənin ?Kocaelispor? klubu artıq superliqayla vidalaşmağıyla barışıb. Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, İzmit təmsilçisi artıq qarşıdakı mövsümün planlarını cızır. ?Kocaelispor? mövsümün əvvəlində 16, qış fasiləsində isə həmyerlilərimiz də daxil olmaqla 15 yeni futbolçu transfer etsə də, mövsümün sonunda onlardan yalnız 8-nin - Serdar Topraktepe, Hamza Mutlu, Berkay Samancı, Mehmet Öztonga, Uğur Daşdemir, Julio Cesar, Mesut Eslik ve Metin Erolun komandada qalacağı dəqiqdir. Bu siyahıya Rəşad Sadıqovun da adı daxil ola bilər. Lakin türkiyəli həmkarlarımızın yazdığına görə, bunun üçün ?Kocaelispor? rəsmiləri Sadıqovu dilə tutmalıdırlar. Tərəflər arasında razılıq əldə olunsa, Rəşad növbəti mövsümdə də ?qara-yaşıl? formanı geyəcək. Rəşadın birinci liqada oynamasında da heç bir problem yoxdur. Çünki Türkiyə çempionatının əsasnaməsinə əsasən azərbaycanlı futbolçular birinci liqada legioner hesab olunmurlar. Eyni sözləri Ramal Hüseynova aid etmək çətindir. Çünki Türkiyə mətbuatı ?Kocaelispor?da qalacaq və ya klubun danışıqlar masası arxasına keçəcəyi futbolçular arasında Hüseynovun adını çəkmir. Bu isə o deməkdir ki, Ramal icarə müddəti başa çatan kimi müqavilə ilə məxsus olduğu ?Bakı?ya qayıdacaq. Xatırladaq ki, həm Ramalın, həm də Rəşadın ?Kocaelispor?la müqaviləsi cari mövsümün sonunadək nəzərdə tutulub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA