Şeyxə hücumlar niyə artıb?

img

11-05-2009 [12:19]


[b]Dini liderə qarşı hücumların vahid mərkəzdən idarə olunduğu göz önündədir[/b] Son vaxtlar Qafqaz Müsəlmanları İdarəsinin (OMİ) rəisi Hacı Allahşükür Paşazadəyə qarşı sanki təzyiqlərin artdığı müşahidə olunur. Belə ki, axır bir ayda dövlət məmurları və YAP-cı deputatlar Şeyxin ünvanına bir sıra sərt ittihamlar səsləndiriblər. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi isə bu günlərdə QMİ-nin bəzi müəssisələrə verdiyi halallıq zəmanətini ləğv edib. Qurum rəsmilərinin qənaətincə, dini idarə kolbasa istehsal edən hansısa müəssisəyə keyfiyyət sertifikatı verə bilməz. İddialara görə, belə müəssisələr halallıq zəmanəti almaq üçün dini idarəyə külli miqdarda pul verib. Ancaq QMİ rəsmiləri mətbuata açıqlamalarında komitə rəhbərlərinin bu addımını kəskin tənqid ediblər. Onların sözlərinə görə, ət və ət məhsulları istehsalı ilə məşğul olan müəssisələrə halallıq sertifikatlarını yalnız dini idarə verə bilər: ?Bu, bir dini məsələdir. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tikinti materiallarına keyfiyyət sertifikatı vermək səlahiyyətindədir?. Amma iş bununla yekunlaşmayıb. Srağagün YAP-cı deputatlar bir daha Şeyxin fəaliyyətini parlamentdə müzakirəyə çıxarıblar. Məclisdə çıxış edən Siyavuş Novruzov QMİ-nin fəaliyyətini tənqid edərək bildirib ki, qurum bir çox hallarda özünə aid məsələlərlə məşğul olmur: ?O gün televizoru acdım, deyir filan kolbasaya Qafqaz Müsəlmanları İdarəsi halallıq sertifikatı verib. Nə vaxtdan bu idarə kolbasa istehsal eləyən olub? Nə vaxt görmüsünüz Roma papası kolbasa istehsal eləsin?? Deputatın fikrincə, dində də ciddi şəkildə islahatlar aparılmalıdır. Bütün bunlar Şeyxə qarşı hücumların təsadüfi olmadığını göstərir. Əldə etdiyimiz məlumata görə, Dini İşlər üzrə Dövlət Komitəsində də hörmətli Şeyxin fəaliyyəti ilə bağlı ciddi narazılıq var. Qurum rəsmilərinə görə, son illər ölkədə vəhhabiliyin və digər radikal dini cərəyanların geniş yayılması QMİ-nin zəif fəaliyyəti ilə bağlıdır. Bundan əlavə, məscidlərdə və nəzir qutularında yığılan külli miqdarda vəsaitin xərclənməsinə nəzarətin olmaması da müəyyən dairələri narahat etməyə başlayıb. Yığılan məbləğin bir hissəsinin ayrı-ayrı şəxslərin çibinə getdiyi hökumətə artıq çoxdan bəllidir. Bundan əlavə, dini idarədə də vergidən yayınma hallarının mövcud olduğu bildirilir. Bəzi müşahidəçilərə görə isə QMİ-nin öz işini düzgün qura bilməməsi üzündən son illər yüzlərlə gənc radikal dini mərkəzlərdə təhsil almaq üçün xarici ölkələrə göndərilib. Bütün bunlar isə ondan xəbər verir ki, Şeyxə qarşı hücumlar vahid mərkəzdən idarə olunur və bu kampaniya təsadüfi deyil. Bəs Şeyx həzrətlərinin cavabı necə olacaq? QMİ sədri bu suala yəqin ki, Türkiyə səfərindən qayıdandan sonra cavab verəcək. Amma bir məsələni də xatırladaq ki, ona qarşı 10 il əvvəl də belə total hücumlar var idi. Amma Şeyx hamını zərərsizləşdirdi. Çətin olsa da bunu bacardı. Gözləyək, görək bu dəfə necə olacaq... [b]"Yeni müsavat"[/b]

Digər xəbərlər
SON XƏBƏRLƏR