"Milan" "Yuventus" qarzılazması heç-heçə baza çatdı

img

11-05-2009 [12:08]


Futbol üzrə İtaliya çempionatının A Seriyasının 35-ci turu möhtəşəm qarşılaşmaya səhnə olub. Öz meydanında "Yuventus"u qəbul edən "Milan" qələbə qazana bilməyib, qarşılaşma 1-1 hesabı ilə heç-heçə başa çatıb. ?Cüzeppe Meazza? stadionunda keçirilən qarşılaşmada meydan sahibi ?Milan?ın qoluna 57-ci dəqiqədə Klarense Seedorf imza atıb, ?Yuventus?un bərabərlik qolunu isə 60-cı dəqiqədə Vincenzo Laquinta ?Milan?ın qapısından keçirib. İlk yarısı 0-0 hesabı ilə heç-heçə başa çatan qarşılaşmada "Milan"ın ingilis futbolçusu Devid Bekhem, matçın 4-cü dəqiqəsində aldığı sarı vərəqə üzündən 36-cı turda keçiriləcək "Udinze" matçında iştirak edə bilməyəcək. "Milan"ın digər futbolçusu Cüzeppe Favalli isə matçın 25 və 86-cı dəqiqələrində aldığı sarı vərəqlərdən sonra qırmızı vərəqə ilə cəzalanaraq komandasını azlıqda qoyub. Bu nəticədən sonra "Milan" xalı 71-ə, "Yuventus"un xalı isə 67-yə yüksəlib. İtaliya çempionatının 36-cı turunda "Milan" səfərdə "Udinze" ilə qarşılaşacaq, "Yuventus" isə öz meydanında "Atalanta"nı qəbul edəcək. /ANS PRESS/

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA