Mətbuat Şurası media problemlərini BMi-nun sədri ilə müzakirə edəcək

img

09-05-2009 [02:13]


?Beynalxalq Mətbuat İnstitutunun sədri Ceyn Virkkunen Azərbaycana sabah nəzərdə tutulan səfərində məqsəd ölkə mətbuatına dəstək olmaqdır. Fikrimcə, cənab Ceyn Virkkunenin bu səfəri mətbuatın imicinə müsbət təsir göstərəcək?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə açıqlamasında Mətbuat Şurasının icraçı direktoru Rəhim Hüseynzadə deyib. Ceyn Virkkunenin ölkəmizə gözlənilən səfərini şərh edən Hüseynzadə nüfuzlu beynəlxalq tədbirlərin Bakıda keçirilməsini müsbət hal kimi qiymətləndirib: ?Beynəlxalq Mətbuat İnstitunun hər il ənənəvi toplantıları keçirilir. Bu tədbirlərdə dünyada söz və mətbuat azadlığının vəziyyəti müzakirə olunur, növbəti il üçün ən vacib prioritetləri müəyyənləşdirilir. Tədbirin bu il Azərbaycanda keçirilməsi medianın inkişafına təkan verəcək, Azərbaycanın beynəlxalq aləmdəki imicinə müsbət çalarlar əlavə edəcək?. İcraçı direktor tədbirin proqramının artıq hazır olduğunu deyib: ?BMİ rəhbərləri ilə Mətbuat Şurasında görüş də nəzərdə tutulub?.

Digər xəbərlər
SON XƏBƏRLƏR