Mirzə Sakit yeni açıqlamalar verəcək

img

08-05-2009 [04:08]


?Azadlıq? qəzetinin ötən ay məhbəs həyatı ilə vidalaşmış əməkdaşı Mirzə Sakit Penitensiar Xidmətdə mövcud olan qanunsuzluqlara qarşı mübarizəni davam etdirəcək. Bu barədə Müstəqil İnformasiya Agentliyinə Mirzə Sakit özü məlumat verib. Satirik deyib ki, 10 və 14 saylı cəzəçəkmə müəssisələrində şahidi olduğu özbaşınalıqlar barədə yaxın günlərdə yeni açıqlamalar verəcək: ?Cəzamın bir neçə ayını 10 saylı həbsxanada, əsas hissəsini isə 14 saylı cəzaçəkmə müəssisəsində çəkmişəm. 14 saylı cəzaçəkmə müəssisəsi Azərbaycanın ?Əbu-Qüreyb?i sayılır. Bu həbsxananın rəisi Ərşad Həsənov məhbuslara verdiyi işgəncələrə görə ad çıxarıb. Bu adamın layiq olduğu cəzanı alması üçün əlimdən gələni əsirgəməyəcəyəm?. Mirzə Sakit deyib ki, oxucular onun indiyə kimi heç bir mətbuat orqanında işıq üzü görməyən açıqlamaları ilə ?Reytinq? qəzetinin növbəti sayında tanış ola bilərlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR