Beynəlxalq Mətbuat institutunun rəhbərləri Bakıya gəlir

img

08-05-2009 [01:13]


gn=left]2010/umudrehimoglu_1.jpg[/libt] [b]Umud Rəhimoğlu: ?Səfər zamanı Beynəlxalq Mətbuat İnstitutunun 2010-cu ildə nəzərdə tutulan Dünya Konqresinin və 59-cu Baş Assambleyasının Bakıda keçirilməsinin yekun müzakirəsi olacaq?[/b] Beynəlxalq Mətbuat İnstitutunun (BMİ) sədri Ceyn Virkkunen və qurumun direktoru Deyvid Dədc mayın 10-da Azərbaycana işgüzar səfərə gələcəklər. Bu barədə Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri, BMİ-nin Azərbaycan Milli Komitəsinin rəhbəri Umud Rəhimoğlu Müstəqil İnformasiya Agentliyinə məlumat verib. O, səfərdə əsas məqsədin BMİ-nin 2010-cu ildə nəzərdə tutulan Dünya Konqresinin və 59-cu Baş Assambleyasının Bakıda keçirilməsinin yekun müzakirəsi olacağını dedi: ?Biz hələ iki il öncə Beynəlxalq Mətbuat İnstitutunun növbəti Dünya Konqresinin və Baş Assambleyasının Bakıda keçirilməsi təklifi ilə çıxış etmişdik. Bu çox ciddi bir tədbirdir və onun öz prosedur qaydaları var. Bu müddət ərzində Beynəlxalq Mətbuat İnstitutunun rəhbərləri bizim təklifi müzakirə edirdilər. İndi Beynəlxalq Mətbuat İnstitutunun rəhbərləri konkret addım atmaq üçün Azərbaycana gəlirlər. Onlar Bakıda müzakirələr apardıqdan sonra Helsinkidə, Dünya Konqresindən və 58-ci Baş Assambleyasından bir gün əvvəl, idarə heyətinin toplantısında son qərarlarını verəcəklər. Ümid edirəm ki, Bakıdakı müzakirələr uğurla nəticələnəcək və son qərar da müsbət olacaq. Artıq səfərin proqramı da razılaşdırılıb?. Proqrama uyğun olaraq qonaqlar Azərbaycan Respublikasının Prezident Administrasiyasında, BAMF-da, BMİ-nin Azərbaycan Milli Komitəsində, Azərbaycan Mətbuat Şurasında və bəzi mətbuat orqanlarında olacaqlar. U.Rəhimoğlu qeyd etdi ki, bu mötəbər tədbirin Azərbaycanda keçirilməsi bütövlükdə mediamızın inkişafına çox böyük təkan verəcək, müstəqil Azərbaycan dövlətinin beynəlxalq aləmdəki imicini daha da artıracaqdır: ?Adətən, Beynəlxalq Mətbuat İnstitutunun Dünya Konqresinin və Baş Assambleyasına dünyanın 500-ə yaxın ən məşhur və tanınmış media nümayəndəsi qatılır. Bu tədbir müstəqillik qazanandan sonra Azərbaycanın qarşılaşdığı problemlərin, torpaqlarımıza edilən təcavüzün bu insanlar tərəfindən öyrənilməsi fürsətini verəcəkdir. Dünya mediasının nəhəngləri toplaşdığı belə bir tədbir çərçivəsində tariximizin, mədəniyyətimizin təbliği sahəsində də böyük bir uğur olacaqdır? - deyə U.Rəhimoğlu bildirdi. Xatırladaq ki, BMİ-nin Dünya Konqresi və 58-cu Baş Assambleyası bu il 6-9 iyun 2009 cu il tarixində Helsinkidə keçiriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR