Arif Əliyev mətbuatın indiki vəziyyətindən narahatdır

img

07-05-2009 [05:31]


3 may Ümumdünya Mətbuat Azadlığı günüylə bağlı ?Sərhədsiz Reportyorlar? Azərbaycanda jurnalistlərin vəziyyətini qeyri-qənaətbəxş qiymətləndiriblər. ?Yeni Nəsil? jurnalistlər birliyinin sədri Arif Əliyev isə Müstəqil İnformasiya Agentliyinə açıqlamasında bu bəyanatla tam razı olduğunu deyib. Onun sözlərinə görə, təkcə ?Sərhədsiz Reportyorlar? deyil, digər bütün beynəlxalq təşkilatlar da bu fikirdədirlər: ?Hesab edirəm ki, onların bu cür düşünməyə tam əsasları var. Çünki Azərbaycan mediasında plüralizm dairəsi həddən artıq dardır və getdikcə daralır. Müstəqil media qurumları sıradan çıxır və ya çıxarılır. Televiziyalar dövlətin nəzarətindədir. Mətbuat çox kiçik tirajla və acınacaqlı vəziyyətdə öz fəaliyyətini davam etdirməkdədir?. Ölkədə azad mətbuatın inkişafı üçün komleks tədbirlər planının hazırlanıb həyata keçirilməli olduğunu vurğulayan A.Əliyevin fikrincə, medianın inkişafı yolunda qanunvericilik və praktika sahəsində mövcud olan maneələr aradan qaldırılmalıdır: ?Medianın inkişafı istiqamətində son bir neçə ildə qanuna edilən əlavə və dəyişikliklər fikrimcə, əvvəlki illərdən fərqli olaraq, yalnız geriyə addım kimi qiymətləndirilməlidir. Yayım bazarının tamamilə yenidən qurulması, reklam bazarına ideoloji basqıların aradan götürülməsi, informasiya texnologiyalarının inkişafı üçün müəyyən tədbirlərin həyata keçirilməsi vacibdir. Əlbəttə ki, bütün bunlara paralel olaraq, peşəkarlığın artırılması ilə bağlı tədbirləri KİV-lərin özləri təmin etməlidir. Kimlərinsə fond yaradaraq, dərhal inkişafa nail ola biləcəyi, yalnız qanunvericilikdə dəyişiklik etməklə KİV-lərin inkişaf edəcəyini düşünməsi boş şeylərdir. Azərbaycan mediasındakı böhran həddən artıq dərindir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR